...

Sumqayıtda satışı qadağan edilən dini kitablar aşkar edilərək götürülüb

Siyasət Materials 25 Sentyabr 2008 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir S.Kazımlı / Sumqayıtda qadağan edilmiş dini kitabların satışı ilə məşğul olan mağaza aşkarlanıb.

Daxili İşlər Nazirtliyinin mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, sentyabrın 24-də Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi və Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərindəki 17-ci mikrorayon ərazisində, şəhər sakini Nəriman Kərimovun işlətdiyi "İslam Nuru" mağazasından müxtəlif dini təriqətləri təbliğ edən, qanunla qadağan edilən 77 ədəd dini kitab aşkar edilərək götürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti