Bu gün Türkiyənin İstanbul və Ankara şəhərlərində müsəlmanlar tərəfindən müqəddəs sayılan Qüds şəhərinin İsrail tərəfindən işğal olunmasının 41-ci ildönümü ilə bağlı etiraz aksiyaları keçiriləcək.
Bu barədə Türkiyənin "Timeturk" informasiya agentliyi xəbər verib.
Etiraz aksiyaları İstanbulda məşhur Fatih məscidinin həyətində, Ankarada isə İsrail səfirliyinin qarşısında keçiriləcək. Keçiriləcək etiraz aksiyalarında Fələstin xalqı və Həmas hökuməti ilə həmrəylik nümayiş etdiriləcək. Qüds günü münasibətilə etiraz aksiyaları hər il Ramazan ayının son cümə günündə qeyd olunur.