...

Azərbaycan qadınları İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər ї Dövlət Komitəsinin sədri

Siyasət Materials 26 Sentyabr 2008 13:25 (UTC +04:00)
Azərbaycan qadınları İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər ї Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 26 sentyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycan qadınları qarşıdakı prezident seçkisində hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər. Bu barədə cümə günü Azərbaycan qadınlarının III qurultayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Hüseynovanın sözlərinə görə, Azərbaycan qadınları ictimai-sosial stabilliyin təminatı, iqtisadiyyatın sürətli inkişafı və sosial problemlərin həlli mövqeyindən çıxış edirlər.

"Azərbaycan qadınları seçkidə Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə istiqamətlənən siyasi kursu dəstəkləyəcəklər", - deyə o bildirib.

Hüseynovanın sözlərinə görə, seçki günü bütün seçicilərin yarıdan çoxunu təşkil edən qadın seçicilər siyasi fəallıq göstərəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti