...

Avropa Azərbaycana real etibarlı strateji tərəfdaş kimi baxır – Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

Siyasət Materials 27 Sentyabr 2008 19:36 (UTC +04:00)
Avropa Azərbaycana real etibarlı strateji tərəfdaş kimi baxır – Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

Azərbaycan, Bakı, 27 sentyabr/ Trend , müxbir R.Novruzov/ Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyevlə Trend -un müsahibəsi

- Bir qədər əvvəl Berlin və Moskvada keçirilən konfransları, Azərbaycanın mövqeyinin formalaşdırılması və ölkə haqqında reallıqların dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından, nə dərəcədə uğurlu hesab etmək olar? Hansı məsələlər auditoriyanın daha çox polemikasına səbəb olub?

-  Berlin konfransı Almaniyanın Xarici Siyasət Şurası (DGAP) ilə əməkdaşlıqda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən təşkil edilmişdi. O, Azərbaycanda prezident seçkisi ərəfəsində nüfuzlu beyin mərkəzlərinin keçirdiyi beynəlxalq konfranslar seriyasının bir hissəsi olub.

Moskva konfransı Rusiyanın "Rusiya naminə birlik" Fondu və "Rusiyanın strategiyası" jurnalı tərəfindən təşkil edilmişdi. Berlin və Moskva görüşlərinin əsas vəzifəsi  Azərbaycanda daxili siyasətin, onun gələcək inkişaf perspektivlərinin hərtərəfli təhlilini vermək olub.

Qeyd etmək istəyirəm ki, ölkədə prezident seçkisi ərəfəsində Azərbaycanda ictimai - siyasi vəziyyət həm alman ekspertləri, diplomat və parlamentarilərində, həm də Rusiya politoloqları, sosioloqları və iqtisadçılarında böyük maraq doğrurur.

Hamı bir səslə deyirdi ki, Azərbaycanın hazırki prezidenti İlham Əliyev, şübhəsiz, ikinci müddətə seçiləcək və o, alternativsiz namizəddir. Avropanın politoloji elitası bunu onunla izah edir ki, Azərbaycanın lideri İlham Əliyev  sabit iqtisadiyyatdan demokratiya, bazar prinsipləri, azad vətəndaş cəmiyyətinə əsaslanan güclü, çiçəklənən dövlətin qurulmasına yönələn yeni siyasi paradiqma qurur.

Bu konfransları Azərbaycanın milli  ekspert birliyinin beynəlxalq arenada böyük uğuru hesab etmək olar. Bizim əsas kredomuz bundan ibarət idi ki, beynəlxalq ekspertlərə Azərbaycandakı hazırki daxili siyasi proseslərlə, xarici siyasət strategiyası, onun prioritetləri ilə daha yaxından tanış olmaq imkanı verək. Avropa ekspertlərinin əsas səyləri seçkidən sonra Azərbaycanda vəziyyətin proqnozlaşdırılmasından və oriyentirlərin, daha doğrusu, Azərbaycan - Avropa və Azərbaycan -Rusiya münasibətlərində hansı yeni tendensiyaların yarana biləcəyi sualına cavabların müəyyən edilməsindən ibarət olub.

Mahiyyətinə görə, hər iki konfrans kifayət qədər yüksək səviyyədə keçirilib və ümumilikdə avropalı ekspertlər

Müzakirələrin yekunu üzrə dinamik inkişaf edən və müstəqil, azad kurs yolunu tutan Azərbaycanın regional sabitləşmə amili  kimi əhəmiyyətini, Azərbaycan və Avropa İttifaqı, Azərbaycan və Rusiya arasında strateji xarakterli qarşılıqlı faydalı münasibətlərin gələcəkdə inkişaf etdirilməsinin vacibliyini təsdiqləyiblər. Həm Rusiyada, həm də Almaniyada azərbaycanlı ekspertlərdən ölkə rəhbərliyinin keçirdiyi iqtisadi islahatlar, Azərbaycanın Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar toqquşduğu cari problemlər haqqında daha çox məlumat alıblar.

- Avropa İttifaqı ilə əməkdaşlıqda strateji oriyentirlər necə olmalıdır?

-  Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında strateji oriyentirlərdən biri enerji təhlükəsizliyi məsələsidir. Avropa balanslaşdırılmış, çoxvektorlu, diversifikasiya edilmiş xarici siyasət aparan Azərbaycanın dəstəyinə malikdir və Avropa Azərbaycandan enerji ehtiyatlarının alınmasında maraqlıdır.

Avropa Azərbaycanı real strateji tərəfdaş kimi nəzərdən keçirsə də, Azərbaycan üçün Avropa İttifaqı ilə əməkdaşlıqda ən vacib strateji oriyentir Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır. Avropa İttifaqı nizamlama prosesində daha fəal iştirak etməlidir - sadəcə, prosesi müşahidə etməməli, eyni zamanda prosesdə fəal iştirak etmək üçün bu istiqamətdə xarici siyasi fəaliyyətini gücləndirməlidir.

Berlin və Moskvada keçirilən konfranslarda ekspertlərin əksəriyyəti regional təhlükəsizliyin yeni arxitekturasının formalaşdırılmasının zəruriliyindən danışır və bu zaman vurğulayırdırlar ki, dünyanın iri dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır, Ermənistanın işğal etdiyi ərazilərin Azərbaycana qaytarılmasının lehinə çıxış edirlər.

-  Berlin və Moskvada müzakirə edilən məsələlərdən biri də Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olub. Avropa və Rusiya bu dondurulmuş münaqişənin həllində hansı yardımı göstərə bilərlər?

- Avropa və Rusiya münaqişənin həllində çox şey edə bilərlər. Belə ki, Aİ ATƏT-in Minsk Qrupunda təmsil olunub, Rusiya isə, Cənubi Qafqaz məkanında əsas oyunçudur. Buna görə də, Rusiya və Avropa İttifaqı bu münaqişənin nizamlanması üzrə səylərini canlandımalıdırlar. Rusiya və Avropa İttifaqının regionda möhkəm sabitlik və uzunmüddətli təhlükəsizliyin bərqərar olması məqsədilə, problemin həllinə daha fəal yardım etmələri lazımdır.

Təəssüf ki, qonşu ölkənin destruktiv mövqeyi münaqişənin həllinə hələ də maneçilik törədir. Buna görə də,  Berlin və Moskvada belə fikirlər səslənib ki, Ermənistan Azərbaycan və regionun bütün digər ölkələrinin maraqlı olduqları regional sabitlik və təhlükəsizlikdə maraqlıdırsa, onla öz mövqeyi haqqında ciddi düşünməlidir.

- Son vaxtlar Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanması prosesində canlanma qeyd olunur. Yaxın vaxtlarda münaqişənin nizamlanmasını nə dərəcədə real hesab edirsiniz?

- Bu məsələdə Ermənistandan çox şey asılıdır. Son bəyanatları deklarativ xarakter daşısa da, Ermənistan yenə də öz mövqeyini dəyişmək barədə ciddi düşünməli və münaqişənin nizamlanması məsələsinə praqmatik baxımdan yanaşmalıdır, belə ki, ölkə çox çətin vəziyyətdə, təcriddədir. hələ də Azərbaycan və Gürcüstanın cəlb olunduğu heç bir geosiyasi əhəmiyyət daşıyan transmilli layihədə iştirak etməməsində Ermənistan özü günahkardır.

Münaqişə nizamlandığı halda, Ermənistanın iqtisadiyyatı geniş inkişaf imkanları alacaq və Cənubi Qafqazda əlaqələndirici halqa ola bilər. Burada Ermənistan -Türkiyə münasibətlərindən də çox şey asılıdır. Lakin hələ ki, Ermənistan tərəfdən heç bir real irəliləmə yoxdur, hələ ki bütün bunlar yalnız deklarativ xarakter daşıyır. Münaqişənin həllində ATƏT-in Minsk Qrupu həmsədrlərinin real və praqmatik təkliflərindən, böyük dövlətlərin - Rusiya, Avropa İttifaqı və ABŞ-ın fəal mövqeyindən də çox şey asılıdır.

Deməliyəm ki, Avropanın siyasi elitasında, hətta milyonlarla qaçqına, münaqişənin nizamlanmamasına baxmayaraq, Azərbaycanın inkişaf etməsi, dinamik, sabit ölkə və regionda lider dövlət olması barədə dəqiq rəy formalaşır. Hər iki konfransda xüsusi qeyd olunub ki, Azərbaycan artıq regional dövlət və Cənubi Qafqaz məkanında ciddi geosiyasi oyunçudur və bu, əksər avropalı siyasətçi və ekspertlərə Azərbaycanın gələcəyilə bağlı müvafiq nəticə çıxarmağa imkan verir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti