...

Azərbaycanın paytaxtındakı universitet müəllimi saxta sənəd satışına görə həbs edilib

Siyasət Materials 10 Oktyabr 2008 11:47 (UTC +04:00)
Azərbaycanın paytaxtındakı universitet müəllimi saxta sənəd satışına görə həbs edilib

Azərbaycan, Bakı, 10 oktyabr / Trend , müxbir S.Kazımlı/ Azərbaycanda ali məktəb müəllimi saxta sənəd satdığı üçün tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nadir Musəvi saxta doğum haqqında şəhadətnaməni 350 manata satarkən oktyabrın 8-də tutulub.

Məlumata görə, şəhadətnaməni Musəviyə satmaq məqsədi ilə vermiş, Azərbaycan Texniki Universitetinin baş müəllimi, Bakı şəhər sakini Faiq Əliyev tutulub.

Əliyevin evinə baxış zamanı 50 ədəd müxtəlif sənədlər  və 200 ədəd müxtəlif blanklar aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti