...

MDB - nin icraçı katibi Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənir

Siyasət Materials 11 Oktyabr 2008 12:25 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 oktyabr/ Trend , müxbir R.Novruzov/ MDB - nin icraçı katibi Sergey Lebedev Birliyin müşahidəçi missiyası çərçivəsində, şənbə günü Sumqayıt Şəhər  İcra Hakimiyyətinin başçısı ilə görüşüb, - MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin müşaviri Mariya Qutsalo şənbə günü telefonla   Trend -a bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15- də keçiriləcək.

Qutsalonun sözlərinə görə, Lebedev günün birinci yarısınadək Sumqayıtın seçki məntəqələrinə, Bakıya qayıtdıqdan sonra isə, paytaxtın seçki məntəqələrinə baş çəkəcək.

Sabah Lebedev İsmayıllı şəhərində seçki məntəqələrinin monitorinqini aparmağı planlaşdırıb.

MDB - nin müşahidəçi missiyası oktyabrın ortalarında Bakıda öz qərargahını açıb. Missiya bugünə ölkədə seçkiqabağı vəziyyətin müşahidəsinin yekunları üzrə iki hesabat hazırlayıb. Hesabatlarda Azərbaycanda seçkiqabağı vəziyyət, cüzi təşkilati nöqsanlarla, yaxşı qiymətləndirilirdi. Fəaliyyəti yalnız paytaxtı deyil, Azərbaycanın bütün regionlarını əhatə edəcək MDB - nin missiyasının sayı təxminən 390 nəfərdir.

Prezident seçkilərində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Aьazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroьlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək. Prezidentliyə namizədlərin sentyabrın 17- də başlaymış təbliğat-təşviqat kampaniyasınin  28 gün davam etməsi nəzərdə tutulub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti