...

Bakı sakini sənədlərini saxtalaşdırdığı üçün saxlanılıb

Siyasət Materials 11 Oktyabr 2008 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Bakının Suraxanı rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları rayon sakini tərəfindən sənədinin saxtalaşdırıldığını müəyyən ediblər.

Bakı Şəhər Baş Polis İdarəsindən şənbə günü Trend -a verilən məlumata görə, Hövsan qəsəbə sakini, 46 yaşlı İsayeva Süzənbər Batdal qızının şəxsiyyət vəsiqəsi almaq üçün təqdim etdiyi sənədin saxtalaşdırılması müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə (320) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti