Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir S.Kazımlı/ Bu gün Azərbaycanda keçirilən prezident seçkisində müşahidə və "exit-poll" həyata keçirən "Rəy" məlumatına əsasən, Biləsuvar, Ağdam və Goranboy rayonlarında seçicilərin fəallığı müşahidə olunur. Bu barədə Trend - a "Rəy" təşkilatından məlumat verilib.
Təşkilat 63 seçki dairəsi üzrə 500 seçki məntəqəsində "exit poll" keçirib və səhər saat 11.15 -ə olan nəticəyə görə, bu dairələr üzrə seçicilərin 9,4 faizi səsvermədə iştirak edib.
Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]