...

Penitensiar Xidmətin İslah Müalicə Müəssisəsində saxlanılan məhkumların təxminən yarıya qədəri saat 11:50 radələrindək səs verib

Siyasət Materials 15 Oktyabr 2008 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir S.Kazımlı / Penitensiar Xidmətin Əzizbəyov rayonunda yerləşən İslah Müalicə Müəssisəsində saxlanılan məhkumların təxminən yarıya qədəri saat 11:50 radələrindək səs verib.

Trend - un müxbirinin məlumatına görə, bu müəssisədə 14 saylı Əzizbəyov rayonu 2 - ci Seçki Dairəsinin 35 saylı seçki məntəqəsi təşkil olunub.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Müəssisədə saxlanılan 993 məhkumdan 400 - dən çoxu səsvermədə iştirak edib. Məhkumlar səsvermədə yüksək fəallıq nümayiş etdirirlər.

Müəssisədə cəza çəkən məhkum Elman Ərəstun oğlu Məmmədov prezidentliyə namizədlərin hər biri barədə məlumatlı olduğunu və daha layiq bildiyi namizədə səs verdiyini bildirib.

Məntəqə seçki komissiyasının sədri Şərif Cəfərov deyib ki, məhkum seçicilərin fəallığı çox normaldır, proses tam demokratik keçir və hər bir məhkum öz seçimində sərbəstdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti