Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyasının namizədi, indiki dövlət başçısı İlham Əliyev oktyabrın 15-də keçirilən prezident seçkisində inamlı qələbə qazanıb, çərşənbə günü keçirdiyi mətbuat konfransında partiya sədrinin müavini, icraçı katib Əli Əhmədov bildirib.
"Prezident seçkisi baş tutub. Partiyanın yerlərdəki müşahidəçilərinin məlumatına görə,İlham Əliyev böyük səs çoxluğu ilə qalib gəlib" Əhmədov deyib.
Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçirilib. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]