...

Dünyanın heç bir ölkəsi seçkiləri ən yüksək səviyyədə keçirə bilməz - Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri

Siyasət Materials 19 Oktyabr 2008 20:35 (UTC +04:00)
Dünyanın heç bir ölkəsi seçkiləri ən yüksək səviyyədə keçirə bilməz - Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri

Azərbaycan, Bakı 19 oktyabr / Trend müxbir C.Babayeva/ Dünyanın heç bir ölkəsi seçkiləri ən yüksək səviyyədə keçirə bilməz, Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bazar günü jurnalistlərə deyib.

"Beynəlxalq təşkilatlar heç zaman seçkilərin yüksək səviyyədə keçdiyini bəyan etməzlər. Seçki prosesi elə bir çətin prosesdir ki, burada hər şeyə yüksək səviyyədə nail olmaq mümkün deyil", deyə oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkisini şərh edərkən Pənahov bildirib.

Preziden seçkisinin yekun nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının sədri, indiki dövlət başçısı İlham Əliyev ən çox səs - 88,73 faiz səs qazanıb.

Müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə - 2, 86 faiz, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu - 2,47 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 2,28 faiz, bitərəf namizəd Qulamhüseyn Əlibəyli - 2,23 faiz, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev - 0,78 faiz, Müasir Müsavat Partiyasının sədri Hafiz Haçıyev - 0,65 faiz səs toplayıb.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası bazar günü prezident seçkisinin yekun nəticələrini təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında Qanununa əsasən, məhkəmə prezident seçkisinin nəticələrini rəsmən səsvermə günündən sonra 14 gün ərzində elan edir. Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti