...

Gürcüstanın münaqişə zonalarında təhlükəsizlik təminatı problem olaraq qalmaqdadı – ABŞ dövlət katibinin müavini

Siyasət Materials 21 Oktyabr 2008 03:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi 21 oktyabr / Trend müxbir N.Kirtsxalia/ Gürcüstanın münaqişə zonalarında təhlükəsizliyin təminatı problem olaraq qalmaqdadı. Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Deniel Frid Gürcüstanda keçirdiyi yekun mətbuat konfransında bildirib.

Deniel Frid qeyd edib ki, öz yaşayış yerlərinə qayıtmaq istəyən qaçqınlar çoxsaylı problemlərlə üzləşir.

Amerika rəsmisi vurğulayıb ki, avqust hadisələrindən sonra əsas vəzifə qaçqınların Gürcüstan ərazisi olan Abxaziya və Cənubi Osetiyaya qayıtmasıdır. Deniel Frid deyib: "ABŞ və Avropa İttifaqı təhlükəsizliyin təmin olunması üçün fəal səylər göstərdikdən sonra, iqtisadi reabilitasiya barədə düşünə bilər".

Münaqişənin həlli məsələsinə toxunan amerikalı diplomat ümid etdiyini bildirib ki, Jeneva danışıqlar formatı bu problemin çözülməsində öz köməyini göstərəcək.

Qeyd edək ki, format çərçivəsində növbəti danışıqlar noyabrın 18-nə təyin olunub.

Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]

Xəbər lenti

Xəbər lenti