...

Belarusun hərbi təyyarəsi İranın hava sərhədini pozduğu üçün endirilib

Siyasət Materials 23 Oktyabr 2008 15:43 (UTC +04:00)

İran, Tehran, 23 oktyabr / Trend A.Namdar/

İran Belarusa məxsus hərbi təyyarəsini bu ölkənin hava sərhədini pozduğu üçün yerə endirib. İran mətbuatının məlumatına əsasən, hərbi təyyarə çərşənbə günü İranın hava sərhədini pozub. İranın hava hücumundan müdafiə qüvvələrinin xəbərdarlığına baxmayaraq, qanunsuz uçuşuna davam edən təyyarə İran qüvvələri tərəfindən yerə endirilib.

Trend -un Tehrandakı müxbirinin hadisə ilə bağlı məlumat almaq səyləri indiyədək nəticəsiz qalıb.

İran Silahlı Qüvvələrinin rəsmiləri tərəfindən Belarusa məxsus hərbi təyyarənin geri qaytarılması barədə hələ heç məlumat verilməyib. Ötən bir ay ərzində İranın hava sərhədlərinin digər ölkələrin təyyarələri tərəfindən pozulması ilə bağlı bu, artıq ikinci faktdır.

Oktyabrın əvvəlində İran mətbuatı Amerika Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin məcburi endirilməsi haqda məlumatlar yaymışdı. Amerika Müdafiə Nazirliyi isə təyyarənin bu ölkəyə aid olduğunu təkzib etmişdi. Bundan bir qədər sonra Macarıstan dövləti bəyanat yayaraq, saxlanılan təyyarənin bu ölkəyə aid olduğunu və İran üzərindən keçməklə Əqanıstana uçduğunu bildirmişdi.

Xəbər lenti

Xəbər lenti