...

Gürcüstan parlamenti "İşğal olunmuş ərazilər haqqında" Qanun ləyihəsini təsdiq edib

Siyasət Materials 24 Oktyabr 2008 04:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 oktyabr / Trend müxbir, N.Kirtsxalia/ Gürcüstan parlamenti ötən günü "İşğal olunmuş ərazilər haqqında" Qanun ləyihəsini təsdiq edib. Sənədin lehinə 94 parlamentari səs verib.

Qanunun məqsədi Rusiya silahlı qüvvələrinin nəzarətində olan ərazilərin statusunu müəyyənləşdirmək və Abxaziya muxtar respublikası ilə Cənubi-Osetiya muxtar vilayətinin ərazilərində xüsusi hüquqi rejimi təyin etməkdir.

"İşğal olunmuş ərazilər haqqında" Qanun ləyihəsində bir sıra hüquqi, iqtisadi və siyasi məhdudiyyətlər öz əksini tapıb. Sənədə əsasən, işğal olunmuş ərazilərdə daşınmaz əmlakın alqı-satqısına dair hər hansı bir əməliyyat etibarsız sayılır. Tanınmamış respublikalarda qanunsuz vətəndaşlığın ləğvi, habelə Abxaziya ilə Sxinvalidəki de-fakto hökumət strukturlarının qanunsuz fəaliyyəti layihədə qeyd olunub.

Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]

Xəbər lenti

Xəbər lenti