Arye Qut, Trend -un Qüdsdəki xüsusi müxbiri
Fələstinin bir-biri ilə düşmənçilik edən FƏTH və HƏMAS hərəkatları sülhə və vahid siyasi sistemin bərpasına hazırdırlar. Sülh danışıqlarının təşəbbüsçüsü kimi, münaqişənin nizamlanmasında vasitəçi rolunu üzərinə götürən Misir çıxış edir. Bütün Fələstin fraksiyalarının noyabr görüşündə təsdiq edilməsi nəzərdə tutulan təşəbbüs, iki illik iki hakimiyyətlilikdən sonra vahid milli birlik hökumətinin yaradılmasını nəzərdə tutur. Bu hökumət Qəzzə sektoru üzrə təcridin aradan qaldırılması, prezident və parlament seçkilərinə hazırlıq və güc strukturları üzrə islahatların aparılması ilə məşğul olacaq.
Ötən ilin iyununda HƏMAS, FƏTH tərəfdarları və İordan çayının Qərb sahili üzərində nəzarəti saxlayan Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbası sıxışdırıb çıxardaraq Qəzzəni öz nəzarəti altına aldı. Sülh təşəbbüsünün təsdiq edilməsi və onun əməli olaraq reallaşdırılmasına başlamaq üçün Misir iri Fələstin təşkilatlarının konfransını çağırır.
Çevrlişədək koalisiya kabinetinin tərkibinə daxil olan və indiyədək parlamentdə əksəriyyət təşkil edən HƏMAS-dan ayrılma Mahmud Abbasa İsrail ilə sülh danışıqlarını bərpa etməyə imkan verdi və xarici donorların çoxmilyardlı yardımının daxil olamsına şərait yaratdı.
Qiyam HƏMAS üçün nəzarəti altında olan Qəzzənin təcrid olması və Qərb sahilində hərəkat fəallarının ümumilikdə həbsi ilə nəticələndi. FƏTH tərəfdarları da Misirin irəli sürdüyü təklifin nifaqın aradan qaldırmasına imkan verəcəyinə ümid edirlər. "Birləşdirici razılaşmaya nail olmaq üçün Misirin təsəbbüsünə söykənmək olar. Biz, FƏTH olaraq xalqa dialoqun uğurlu keçməsi üçün əlimizdən gələni edəcəyimizi vəd edirik", - deyə hərəkatın mətbuat katibi Fəhmi əz-Zəərir adından yayılan bəyanatda bildirilir.
Ərəb Dövlətləri Liqasının son iclasında ərəb dövlətləri Fələstin Milli Administrasiyasının ərazisini faktiki olaraq iki hissəyə parçalayan HƏMAS və FƏTH-ın fəaliyyətini kəskin şəkildə tənqid ediblər. Ümumi rəyə görə, bu, vahid və müstəqil Fələstin dövlətinin yaradılması perspektivini əhəmiyyətli dərəcədə uzaqlaşdırır.
Fələstinin əsas siyasi qüvvələri ilə aparılan məsləhətləşmələrin yekunu üzrə formalaşan təkliflər, həmçinin milli dialoq dövründə İsrail ilə barışığın saxlanılması, hökumət və seçkilərin müddətinin formalaşdırılması, israillilər ilə danışıqlar zamanı Fələstin Azadlıq Təşkilatının səlahiyyətlərinin saxlanılması da daxil olmaqla, mübahisəli məsələlərin həlli üçün dörd komitənin yaradılmasını nəzərdə tutur.
HƏMAS-ın da öz xüsusiyyətləri var: bu təşkilat ötən yüzilliyin 80-cı illərində "Müsəlman-qardaşlar" təşkilatının bir hissəsi kimi Əhməd Yasin tərəfindən Qəzzə şəhərində yaradılıb. Qəzzə ərzisində və İordan çaynın Qərb sahilində həmaslılar tərəfindən yayılan sosial xidmət sistemi bunun üçün mühüm alət ola bilərdi. Həqiqətən də, on illər ərzində əhali arasında HƏMAS-ın nüfuzu əhəmiyyətli dərəcədə artıb. Və iki Fələstin təşkilatı arasında qarşıdurma nəzərəçarpacaq dərəcədə kəskinləşib.
Bir müddət Mahmud Abbas İsrail ilə sülh prosesinin qaydaya salınması strategiyası kontekstində bu təşkilata qarşı barışdırıcı siyasətin aparılmasına cəy göstərib. 2004-cü ilin sonunda məhz o, rəhbərliyi altında "yenilənmiş" FƏTH hərəkatının ekstremistlər üzərində asan qələbə qazanacağını güman edərək bu təşkilatın parlament seçkilərində iştirak etməsini təkid edib.
Fələstinlilərin ələ alınmış FƏTH-dən ümidinin kəsilməsi həlledici rol oynadı. HƏMAS muxtariyyətin qanunverici məclisində əksəriyyət qazandı. Və burada ümumi qanunauyğunluq ortaya çıxdı - necə ki, Əlcəzairdə, ondan əvvəl Misirdə mötədil rəhbərlər dini fundamentalçılarla razılığa gəlməyin mümkün olmamasını növbəti dəfə dərk etdilər.
Qələbə məqamından başlayaraq HƏMAS iqtisadi çətinliklər ilə qarşılaşdı. Birinci çətinlik ABŞ və bəzi Avropa ölkələrinin Fələstinə maliyyə yardımı göstərməkdən imtina etməsi ilə bağlı yarandı. İkinci çətinlik isə hakimiyyət itkisi ilə barışmağa hazır olmayan və ötən illərdəki seçkilərdə məğlubiyyətinə baxmayaraq Fələstində güclü qüvvə kəsb edən FƏTH partiyası ilə qarşılıqlı əlaqələrlə bağlı problem idi. Bir çox dünya ölkələrində HƏMAS hökumətinin tanınmaması amili, onu FƏTH ilə kompromisə getməyə vadar etdi. Lakin kompromis tapılmadı. Səudiyyə Ərəbistanı kralının vasitəçiliyi kömək etmədi. Təxribatlar nəticəsində Fələstin müxtəlif siyasi qüvvələrin idarə etdiyi iki hissəyə parçalandı.
Stabillik üçün əsas təhlükə Abbasın getməsi deyil, FƏTH-in öz liderini dəyişmək istəməməsidir. Abu Mazenin silahdaşları prezident seçkisinin parlament seçkisi ilə üst-üstə düşməsi ilə əlaqədar, onun bir il də öz postunda qalmasına imkan verən qanuna müraciət edirlər. HƏMAS qəti olaraq belə dəyişikliyə qarşı çıxır ki, bu da təəccüblü deyil: bir il ərzində Fələstin dövlətinin yaradılmasına kimi çox hadisə baş verə bilər. HƏMAS sözdə "milli birlik hökuməti"nin yaradılmasını dəstəkləməyə hazırdır. Bu birlik naminə tələblər də irəli sürülür ki, FƏTH ya bu tələbləri qəbul edəcək, ya da ki HƏMAS-a qarşı "son və qəti hücuma" keçəcək. İsrail kəşfiyyatı məhz bundan xəbər verir.
Buradan belə bir fərziyyə meydana çıxır ki, HƏMAS İsrail ilə barışığı kəsməyəcək, çox ehtimal ki, FƏTH ilə münasibətləri tam olaraq həll etmək üçün daha altı ay müddətinə uzadacaq. Koalisiyanın formalaşdırılması, iqtisadi böhran, Ağ Evdə hakimiyyət dəyişikliyi, ərəb vətəndaşların ölkədən çıxması və s. kimi problemlər olan bir vəziyyətdə, HƏMAS İsrailə nəfəs almaq imkanı verir.
Abbasın vəzifəsində bir il də saxlanılması üçün göstərilən səy, çox ehtimal ki, FƏTH və HƏMAS tərəfdarları arasınla yeni qarşıdurma yaradacaq. Bu müharibədə daha güclü olan qalib gələcək, daha doğrusu ya HƏMAS, ya da öz siyasi mövqeyini möhkəmləndirmək isəyən FƏTH radikal qüvvələri. Hətta Mahmud Abbas öz vəzifəsində qalsa belə, öz partiyasından olan radikallara qulaq asmalı olacaq. İsrail ilə münasibətlərin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesinin növbəti mərhləsində şərtləri məhz onlar diktə edəcəklər.