Azərbaycan, Bakı, 25 oktyabr / Trend / Azərbaycan Prezidenti İlham Əliyev bu gün SSRİ xalq artisti Müslüm Maqomayevin vəfatı ilə əlaqədar mərhumun xanımı Tamara Sinyavskayaya başsağlığı verib.
Prezident Əliyev zəmanəmizin görkəmli musiqi xadimi Müslüm Maqomayevin vaxtsız vəfatını ürək ağrısı ilə qarşıladığını, bu ağır itki ilə əlaqədar bütün Azərbaycan xalqı ilə birlikdə kədər içində olduğunu bildirib.
"Biz hamımız bu ölüm xəbərini böyük şəxsi itki, bütün azərbaycanlılar üçün, bütün musiqi aləmi üçün əvəzsiz itki kimi qəbul edirik. Müslüm Maqomayev bizim üçün bütöv bir dövrün rəmzi, əsl sənətin təcəssümü, milyonlarla insanın sevimlisi idi" - deyə Azərbaycan Prezidenti başsağlığında bildirib.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]