...

Belçikanın Nümayəndələr Palatasının sədri Gürcüstana səfərə gilir

Siyasət Materials 29 Oktyabr 2008 11:07 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Bu gün Belçika Krallığının Nümayəndələr Palatasının sədri German van Rompuy Gürcüstana səfərə gələcək. Bu barədə Gürcüstan parlamentindən məlumat verilib.

Səfər çərçivəsində o, Gürcüstan müxalifətçiləri, xalq müdafiəçisi Sozar Subari, Baş nazir Vladimir Qurqenidze, parlament sədri David Bakradze və Demokratik İnkişaf Fondunun rəhbəri Nino Burdcanadze ilə görüş keçirəcək.

Rompuy həmçinin Tbilisi və Msxetanın görməli yerlərini zayarət edəcək. Belçikanın Nümayəndələr Palatası sədrinin səfəri oktyabrın 31-də başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti