Azərbaycan, Bakı, 1 noyabr/ Trend , müxbir V.Javoronkova/ ABŞ-nın Respublikaçılar partiyasından prezidentliyə namizəd Djon Makkeynin seçkilərdə qalib gəlməsi üçün qeyri adi hal baş verməlidir, hansı ik, şübhəlidir, ekspertlər hesab edir.
ABŞ-da prezident seçkilərinə üç gün qalır. Respublikaçılardan prezidentliyə namizəd Djon Makkeyn öz rəqibi Barak Obamadan orta hesabla 3-11 faiz geridədir. Dünya içtimayyətinə maraqlıdır - demokratlardan afroamerikalı, gənc və təcrübəsiz namizəd seçkilərdə qalib gələ biləcək mi, yoxsa təcrübə və ənənələr üstünlük təşkil edəcək.
Ekspertlər hesab edir ki, seçki qabağı kampaniyanın qurtardığı və seçkilərə bir neçə gün qaldığı bir zaman, vəziyyəti öz xeyrinə dəişmək Makkeyn üçün çox çətin olacaq.
"Yalnız qeyri adi bir şey vəziyyəti dəişə bilər", Trend a elektron poçtla Berkli universitetinin (ABŞ) profıessoru Çarlz Henri (Charles Henry) deyib.
Bu Makkeyn üçün xoşbəxt təsadüf və ya onun rəqibinin səhvi nəticəsində ola bilər.
Keri Kovinqtonun (Cary Covington) seçkiləri üzrə amerikalı ekspert hesab edir ki, Makkeyn yalnız Obamanın tərəfdarları olan seçicilərin seçkilər zamanı ses verməməsi, və ya, onların afroameraklı namizədi dəstəkləməsindən imtina etməsinə ümid edə bilər.
Digər amerikalı ekspert Djek Qleyserin (Jack Glaser) fikirincə, Obamanın "fəlakətli" səhf addımı nəticələri dəişdirə bilər.
Yaxşı olar ki, Makkeyn öz şəxsi dəstəyini səfərbər etsin və bununla özünə maksimum çox seçici qazansın, Kovinqton hesab edir. Ayova ştatı universitetinin əməkdaşı Kavinqtonun fikrincə, həmçinin bir neçə xarici hadisələr seçimin dinamikasını dəişdirə bilər - terrorislərin hücumu və ya onun təhlükəsi. Bu isə insanları Makkeynə səs verməyə vadar edəcək.
Amerikalı siyasətşunas Djon Pitninin fikirincə, Makkeynin vəziyyətin dəişməsində şansı onda gətirə bilər ki, amerikalılarda Obamanın prezident postuna hazır olub olmaması barədə şübhə yaransın.
Obama qələbə qazansa, Uorren Hardinqdən sonra ilk prezident olacaq ki, onun hərbi və idarəetmə təcrübəsi olamsın.
Bir halda ki, ABŞ iki müharibədə iştirak edirlər, təcrübənin olmaması Obamanı bəzi seçicilərin səsindən məhrum edə bilər, Klermont kolecinin elmi əməkdaşı Makken Pitni hesab edir.
Lakin, ekspertlərin fikirincə, sadalanlar çətin baş versin.
Çətin ki, Makkeyn hadisələrin istiqamətini dəişsin, Trend elektron poçtla Qleyser deyib.
"Onun kampaniyası rəqiblərə təsir edə biləcək bütün vasitələrdən istifadə edib, - Qleyser deyib və bildirib ki, respublikaçıların boş böhtanlara üstünlük verməsi üçün insanlar onların arxasınca getmirlər".
Əsas məsələlər - iqtisadiyyat, müharibə, səhiyyə - hər bir şeyi kölgə altında qoyur, Qleyser bildirib.
Qleyserin fikirincə, seçkilərə az bir vaxt qaldıqda, heç bir namizəd bu cür reytinqin üzülməsini aşa bilməyib.
Kovinqton da bü fikiri bölüşür, və hesab edir ki, seçki dinamikasını dəişdirmək artıq gecdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]