Azərbaycan, Bakı, 03 noyabr / Trend , müxbir İ.Əlizadə / Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 32-ci plenar sessiyası noyabrın 3-dən 6-dək Moldovanın Kişinyov şəhərində keçiriləcək. Bu barədə Trend -a bazar ertəsi Azərbaycan parlamentinin mətbuat xidmətindən məlumat verilib.
Trend -un arayışı: Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində 12 ölkə təmsil olunur.
Sessiyada "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrində qloballaşma prosesi və milliliyin qorunması", "Ümumdünya Ticarət Təşkilatı və QDİƏT ölkələrində iqtisadi inkişaf" məsələləri müzakirə olunacaq.
Azərbaycanı sessiyada deputatlar Asəf Hacıyev, Musa Quliyev və Jalə Əliyeva təmsil edəcək. Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrində qloballaşma prosesi və milliliyin qorunması", deputat Musa Quliyev isə "Ümumdünya Ticarət Təşkilatı və QDİƏT ölkələrində iqtisadi inkişaf" mövzularında məruzə təqdim edəcəklər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]