...

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru İlham Əliyevi Azərbaycan Prezident seçkilməsi təbrik edib

Siyasət Materials 4 Noyabr 2008 21:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 noyabr / Trend / M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, RusiyaElmlər Akademiyasının vitse-prezidenti Viktor Sadovniçi İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərində qələbə münasibətilə öz adından və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin çoxminlik kollektivi adından təbrik edib.

Təbrikdə deyilir ki, növbəti müddətə Əliyevin prezident seçilməyi və bu seçkilərdə inamlı qələbəniz göstərir ki, Azərbaycan xalqı sizin şəxsinizdə onu tərəqqiyə və ölkədə həyat şəraitinin yaxşılaşmasına doğru aparan liderini görür. "Siz kənar müşahidəçilərin çoxunun fikrincə, demokratik şəraitdə keçmiş seçkilərlə həqiqətən fəxr edə bilərsiniz. Azərbaycan beynəlxalq aləmdə öz nüfuzunu möhkəmlətməklə həmişə regionda sabitliyin təminatçısı olub və əminəm ki, bundan sonra da belə olacaqdır", -deyə Sadovniçin təbrikində qeyd edilib. Təbrikdə Əliyevin ölkəsinin böyüməkdə olan nəslinin taleyinə qayğı göstərən, tələbə gənclərin bir çox təşəbbüslərini fəal surətdə dəstəkləyən uzaqgörən siyasətçi kimi tanınması qeyd olunub.

Təbrikdə əlavə edilib ki, Əliyev ali dövlət vəzifəsində Azərbaycanın sosial-iqtisadi inkişafına, onun beynəlxalq nüfuzunun yüksəlməsinə və Rusiya-Azərbaycan əlaqələrinin bütün istiqamətlər üzrə möhkəmlənməsinə kömək edəcək. Təbrikdə bu il Bakı şəhərində MDU-nun filialının açılması səmərəli və faydalı əməkdaşlığa gözəl nümunə kimi göstərilib. "Sizi əmin etmək istəyirəm ki, Moskva Universiteti ümumi məqsədlərimizə - təhsilin və elmin tərəqqisinə nail olmağa bundan sonra da öz imkanları daxilində töhfə verməyə hazırdır. Mən ürəkdən şadam ki, dövlət başçısı kimi Siz Azərbaycanın gənc nəslinin təşəbbüslərini və səylərini həmişə dəstəkləmisiniz. Əminəm ki, gələcəkdə də bizim dialoqumuz ali təhsilin səviyyəsini yüksəltmək məqsədi ilə müştərək proqramların inkişafına kömək edəcəkdir", -təbrikdə vurğulanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti