...

İranda mühüm strateji sənədə nəzarət Məsləhət Şurasından alınıb

Siyasət Materials 8 Noyabr 2008 13:36 (UTC +04:00)

İran, Tehran, 08 noyabr / Trend , müxbir A.Namdari / İranın Məsləhət Şurasının sədri Əliəkbər Haşimi Rəfsəncani şənbə günü bildirib ki, bu ölkənin Ali dini rəhbəri Ayətullah Əli Xamenei "İranda inkişafın prespektivi sənədi"Nin icrasına nəzarətin öhdəliyini bu Şuradan alıb.

Ölkə Konstitusiyasına əsasən, İranın Məsləhət Şurası Ali dini rəhbərdən sonra ən güclü nəzarət strukturudur və ölkənin qərarlarında mühüm rol oynayır.

"İnkişafın prespektivi sənədi" İranın inkişaf planını ehtiva edən strateji sənəddir. Bu sənədi Məsləhət Şurası təsdiq edib və onun icrasını hökumətə tapşırıb. Sənədin icrası 20 ilə həyata keçirilir və 2025 - ci ildə sənədin icrası yekunlaşacaq.

İranın Ali dini rəhbəri Xameneinin şəxsi saytında yayılan məlumata əsasən, Məsləhət Şurasının sədri bildirib ki, bu sənədin icrasına nəzarət Məsləht Şurasından alınıb və Ali dini rəhbər istəyərsə Şura yenidən sənədin icrasına nəzarəti öhdəsinə götürə bilər.

"İnkişaf prespektivi sənədi"nə nəzarətin öhdəliyi 2005 - ci ildə Mahmud Əhmədinejad İran prezidenti seçildikdən sonra Məsləhət Şurasına tapşırılmışdı.

Rəfsəncanin sözlərinə görə, sənədin icrasına nəzarət Xameneinin tələbi ilə ciddi şəkildə aparılmayıb.

"Xamenei 2005- ci il prezident seçkilərindən sonra mənə demişdi ki, hökumət yenidir və təbliğat - təşviqat kampaniyasında inkişaf prespetivi sənədinə uyğun olmayan şüarlar verib, bu baxımdan, hələlik sənədin icrasına nəzarəti çox ciddi aparmayın", - deyə Rəfsəncani bildirib.

Rəfsəncaninin sözlərinə görə, sənədin icrasına dəqiq nəzarət üçün, ilk növbədə, hökumət və parlament nümayəndələri qanunların təsdiqi zamanı fəal iştirak etməlidirlər. Çünki qanunlardakı əskiklikləri onlar düzəltməlidirlər.

Rəfsəncani onu da əlavə edib ki, dövlət strukturları illik məruzələr hazırlamalı və bu məruzələrdə fəaliyyətlərinin inkişaf prespektivi sənədinə uyğun olduğunu göstərməlidirlər.

Rəfsəncani inkişaf prespektivinə nəzarət öhdəliyinin Məsləht Şurasından alınmasının səbəbini bildirməyib.

Xəbər lenti

Xəbər lenti