...

David Bakradze danimarkalı həmkarının səfərini yüksək qiymətləndirir

Siyasət Materials 10 Noyabr 2008 20:25 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 noyabr/ Trend müxbir N.Kirtsxaliya/ Gürcüstan Parlamentinin spikeri David Bakradze Danimarka Parlamentinin sədri Tor Pedersenin səfərini "əhəmiyyətli" adlandırıb və bu dərəcədə yüksək vəzifəlilərin Gürcüstana səfərlərinin davam etməsini "ölkənin ünvanına beynəlxalq diqqətin zəifləməməsini" təsdiq etdiyini bildirib. Görüş bazar ertəsi Gürcüstanın qanunverici orqanında bağlı qapılar arxasında keçib.

Bakradze görüşün yekununda söhbətin kifayət qədər açıq və maraqlı keçdiyini bildirib. O, qonaqlara gürcü - osetin münaqişəsi, işlərin hazırkı vəziyyəti, aparılan və planlaşdırlan islahatlar, münaqişələrin nizamlanma yolları, Gürcüstanın Avroatlantik strukturlara inteqrasiya səyləri və avqust hadisələrinin araşdırılması üzrə müvəqqəti parlament komissiyasının işi barədə məlumat verib.

Bakradzenin sözlərinə görə, tərəflər ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi barədə razılığa gəliblər.

Pedersen qeyd edib ki, Danimarka Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və ikitərəfli münasibətlərin möhkəmlənməsini mühüm hesab edir.

Rusiya qoşunlarının Gürcüstan ərazilərindən çıxarılmasına gəldikdə isə, Danimarka Parlamenti spikerinin sözlərinə görə, hazırkı problemin həllinda Fransanın fəal rolu olub.

"Avropa İttifaqının Rusiya təcavüzü məsələsi üzrə mövqeyi vahid olaraq qalır", - deyə Pedersen əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti