İsrailin xarici işlər naziri və "Kadima" hakimiyyət partiyasının sədri Sipi Livni Baş nazir postunu tərk edən Ehud Olmertin sərt bəyanatlarına ehtiyatla yanaşıb. Ha-Aretz qəzeti bu gün bu barədə yazır.
""Kadima" partiyasının sədri kimi, mən Baş nazirin kursunun tərəfdarı deyiləm. Amma "Kadima" bizim ümumi platformamız olaraq qalır və sonrakı danışıqları da necə aparacağımızı məhz bu məqam müəyyənləşdirir" - Livni ordu radiosuna müsahibəsində belə deyib.
Qətlə yetirilən İshaq Rabinin xatirəsinə həsr olunan təntənəli mərasimdə - dünən, Olmert bəyan edib ki, İsrailin mərhum Baş nazirinin xatirəsinə, ölkə əraziləri tərk etməli və 1967-ci il sərhədlərinə qayıtmalıdır.
"Biz İsraili Avropayönlü və demokratik dövlət kimi qorumaq istəyiriksə, uzun illər arzuladığımız və nəsillər boyu pərəstiş etdiyimiz vətənimizin bir hissəsini, o cümlədən, Yerusəlimin ərəb məhəllələrini güzəştə getməyə və İsraili bəzi düzəlişlərlə 1967-ci il sərhədlərinə qaytarmağa borcluyuq" - Olmert söyləyib.
"İndi qərar vermək lazımdır. Olacağa çarə yoxdur, amma şansı əldən buraxa bilərik. Allah eləməmiş, biz təlaşa düşsək, iki müstəqil dövlətin yaranması ilə bağlı ideyaya dəstəyi itirərik". Fikrinin davamı olaraq o, İsrail vətəndaşlarını "uzun illər davam edən qanlı qırğını keşmişdə qoymağa" çağırıb.
"Rabinə atılan güllə onun başladığı tarixi prosesi saxlaya bilməz" - Olmert vurgulayıb.