...

ABŞ İranın nüvə proqramına qarşı yumşaq mövqe tutacaq- İran deputatı

Siyasət Materials 12 Noyabr 2008 19:22 (UTC +04:00)

İran, Tehran, 12 noyabr/ Trend , müxbir A.Namdari/ İran parlamenti mədəniyyət komisiyasının üvzu Məhəmməd Rza Tacəddini Trend -a açıqlamasında, Amerikanın bundan sonra İranın nüvə proqramına qarşı yumşaq mövqe tutacağını proqnozlaşdırıb.

BMT Təhlükəsizlik Şurası (TŞ) daimi üzvlərinin (Altılıq ölkələri) İranın nüvə proqramı ilə bağlı noyabrın 13-də Parisdə iclası keçiriləcək. Bu barədə Associated Press məlumat verib.

Tacəddini  çərşənbə günü Trend -un Tehrandakı müxbirinə açıqlamasında bidlirib ki, Obamanın prezident seçilməsi ilə ABŞ- ın İrana mövqeyində dəyişiklik edəcəyini düşünürəm.

Onun sözlərinə görə,  Obama seçkiqabağı vədlərinə əməl etsə, İranın nüvə proqramının gələcəyi və bu proqramla bağlı problemlərin həllinə ümid etmək olar.

Barak Obama,ABŞ - da noyabrın 4- də  keçirilmiş növbəti prezident seçkilərində qalıb gəlib. Obama İranla şərtsiz müzakirəyə gedəcəyini bildirsə də,  prezident seçiləndən sonra keçirdiyi ilk mətbuat konfransında beynəlxalq ictimaiyyətdən tələb etdi ki, İranın "nüvə silahına yiyələnməsi"nin qarşısını alsınlar.

Tacəddini bu haqda bildirib ki, İran heç zaman nüvə proqramını dayandırmayacaq və beynəlxalq ictimaiyyət də bunu artıq başa düşüb.

İran deputatı, Avropa Birliyinin xarici siyasət üzrə komissarı Havyer Solananın İranın Təhlükəsizlik Şurasının Baş katibi Səid Cəliliyə ünvanladığı növbəti məktubunu müsbət addım kimi qiymətləndirib. Tacəddini hesab edir ki, bu məktub yeni müzakirələrin başlanmasına təkan ola bilər.

Noyabrın 10 - da Solana  İranın Qərblə müzakirə heyətinin sədri Cəliliyə məktub ünvanlayaraq, İran və Altılıq ölkələri arasında nüvə proqramı ilə bağlı müzakirələrin davamını xahiş edib.

Qərb İranın nüvə silahı istehsal etməmək vədinə şübhə  ilə yanaşır. İndiyədək BMT TŞ İranın nüvə proqramını dayandırmaq üçün, bu ölkəyə qarşı beş Qətnamə qəbul edib.

İrAn nüvə proqramının dinc məqsəd daşıdığını elan edərək, Qərbin iddialarını rədd edib.

Xəbər lenti

Xəbər lenti