...

Gürcüstanda amnistiya 12 min məhbusa aid ediləcək

Siyasət Materials 12 Noyabr 2008 19:47 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 noyabr / Trend , müxbir N. Kirtsxaliya/ Noyabrın 23 - də veriləcək amnistiya əsasında 2 min məhbus azadlığa çıxacaq, 3500 nəfərin cəza müddəti iki dəfə azaldılacaq, 6500 nəfər şərti mühakimə olunan şəxsin üzərindən ittiham götürüləcək. Bu gün keçirdiyi brifinqdə Böhranəleyhinə Şuranın sədri Giya Tortladze belə deyib.

Onun sözlərinə görə, dünənki danışıqlar nəticəsində, Şura amnistiyaya düşən maddələrin sayını 23 - dək artırıb. Hakimiyyət amnistiya üçün 31 maddə təklif edib.

Əlavə olunan maddələr arasında vəzifə səlahiyyətlərindən sui -istifadə, səlahiyyətləri aşma, rüşvət alma və s. də var.

Bu maddələrlə ittiham olunanlar həbsxananı yalnız əfv əsasında tərk edə bilərlər, bu isə, ayrı - ayrı hadisələrlə bağlı, əlavə olaraq verilir.

Məqalə müəllifilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti