Azərbaycan, Bakı, 12 noyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikası Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda, "bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə "Azərbaycan Respublikasının 2008 - ci il 2 oktyabr tarixli 698 -IIIQD saylı Qanununun tətbiq edilməsi haqqında sərəncam ımzalayıb.
Bir ay ərzində Qanunun tətbiq edilməsi məqsədilə Nazirlər Kabinetinə qüvvədə olan qanunvericilik aktlarının Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etməsi; Nazirlər Kabineti və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edilməsi və bu barədə prezidentə məlumat verməsi; öz səlahiyyətləri daxilində Qanunundan irəli gələn digər məsələləri həll etməsi barədə təpşırıq verilib.
Qanun dərc olunduğu gündən qüvvəyə minir.