...

Əfqanıstanın Helmənd əyalətində 30-dan çox qiyamçı öldürülüb

Siyasət Materials 17 Noyabr 2008 12:59 (UTC +04:00)

Əfqanıstan, Kabil, 17 noyabr / Trend , müxbir A.Həkimi/ Əfqanıstan ordusu ABŞ koalisiya ordusu qüvvələrinin dəstəyilə ölkənin cənubunda 30-dan çox döyüşçünü məhv edib, - koalisiyanın press-relizində deyilir.

Döyüşçülərin dəstəsi şənbə günü axşam Helmənd əyalətinin Naxr Surx mahalında kəşfiyat aparan Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin (ANSF) və koalisiya qüvvələrinin pusqusuna düşüb, - bəyanatda bildirilir.

Birləşmiş qüvvələr qiyamçılara atıcı silahlardan atəş açıblar, davam edən atəş nəticəsində 30-dan çox döyüşçü öldürülüb və iki nəqliyyat vasitəsi sıradan çıxarılıb. ANSF, kolasiya qüvvələri və mülki əhalidən heç kəsin zərər çəkmədiyi xəbər verilir.

Məqalə müəlifilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti