Əfqanıstan, Kabil, 17 noyabr / Trend , A.Həkimi/ Şənbə günü əfqanların və koalisiya qüvvələrinin birgə keçirdikləri əməliyyat nəticəsində Talibanın məşhur komandiri öldürülüb, - əyalətin rəsmi nümayəndələri bildiriblər.
"Əfqan və koalisiya qüvvələrinin Kalat əyalətinin paytaxtı Bakarzi yaxınlığında qiyamçıların mövqelərinə hücumu nəticəsində Taliban hərəkatının komandiri, koalisiya qüvvələrinə hücuma görə məsuliyyət daşıyan Übeyd Ağa öldürülüb, bir ineçə döyüşçü yaralanıb", - bölgənin təhlükəsizlik rəisi Qulam Cilani Fərahi deyib.
Fərahinin sözlərinə görə, bu reyd Zabulda başlanan, şose yaxınlığında təhlükəsizliyin möhkəmləndirilməsinə, döyüşçülərin hökumət ordusuna, əcnəbi qoşunlara və qeyri-hökumət təşkilatların işçilərinə hücumlarının qarşısını almağa yönələn əməliyyatın bir hssəsidir.
Onun sözlərinə görə, Übeyd Ağanın fəaliyyəti son aylar əyalət yollarında təhlükənin artmasına və onlarla günahsız insanın ölümünə səbəb olub.
Übeyd Ağanın cəsədi Kalat xəstəxanasına çatdırılıb.
Talibanın Zabuldakı təmsilçisi Qari Yusuf Əhmədi deyib ki, Zabulda komandirin öldürülməsi barədə məlumata malik deyil.
Məqalə müəllifilə əlaqə ünvanı: trend