Belçika, Brüssel, 18 noyabr / Trend , A.Qasımova/ "Şərq tərəfdaşlığı" məsələləri üzrə dekabrın 3 -də keçiriləcək toplantıda Avropa İttifaqı tərəfdaşlıqla bağlı bir neçə təklif irəli sürməyə hazırlaşır, - çərşənbə axşamı Avropa komissarının xarici əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə mətbuat katibi Kristina Hoxman xəbər vreib.
Polşa və İsveçrə mayın 26 - da Aİ-nin xarici işlər nazirlərinə şərq qonşuları üçün vahid forumun - "Şərq tərəfdaşlığı" yaradılmasını təklif ediblər. Buraya 27 dövlət, o cümlədən Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycan daxildir.
Qurum çərçivəsində vizanın ləğvi, azad ticarət zonasının yaradılması, strateji razılaşmaların bağlanması nəzərdə tutulub.
Müəlliflə əlaqə ünvanı: trend