Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir S.Kazımlı / Bakıda taksi sürücülərinə qarşı quldurluq edən və mənzillərdən oğurluq edən şəxslər tutulub. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən çərşənbə günü Trend -a məlumat verilib.
Məlumata görə, noyabrın 7-də saat 20:30 radələrində metronun "Neftçilər" stansiyasının yaxınlığında 1970-ci il təvəllüdlü Rasim Qədir oğlu Əlləzovun taksi kimi idarə etdiyi "VAZ- 21099" markalı 10-MC-591 dövlət nömrə nişanlı maşınına müştəri kimi əyləşən naməlum şəxslər sürücünü bıçaqla hədələyərək 20 manatını və mobil telefonun alıb qaçıblar. Əzizbəyov rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri hatiçəsində hadisə törədən şəxslər Şüvəlan qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Murad İlham oğlu Məmmədov və Sabunçu qəsəbə sakini 1986-cı il təvəllüdlü Fərid Babaəli oğlu Nəsirov tutulublar. Əldə etdikləri telefonu satdıqları 1984-cü il təvəllüdlü Fariz Feyzulla oğlu Eynullayevin üzərindən 1,251 qram heroin götürülüb. Əməliyyat tədbirləri nəticəsində Məmmədov və Nəsirovun oktyabrın 16-da Mərdəkan qəsəbə sakini 1951-ci il təvəllüdlü Abbasqulu Ağabala oğlu Sadıqovun mənzilindən qapını sındırmaq yolu ilə oğurluq etmələri və bundan başqa oktyabrın 25-də saat 20:00 radələrində "Neftçilər" metro stansiyası yaxınlığında 1971-ci il təvəllüdlü Seyran Əjdər oğlu Teymurovun idarə etdiyi OPEL marakalı 90-CS-560 dövlət nömrə nişanlı maşınına sərnişin kimi əyləşib, Mərdəkan qəsəbəsində bıçaqla hədə-qorxu gələrək mobil telefonunu və 4 manatını alıb qaçmaları müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]