...

Livanda sabitlik İranın planının üçüncü mərhələsi reallaşdırıldıqdan sonra yarana bilər – xarici işlər naziri

Siyasət Materials 19 Noyabr 2008 20:34 (UTC +04:00)

İran, Tehran, 19 noyabr/ Trend ,  müxbir T.Cəfərov/ Livan hökuməti İranın planının üçüncü mərhələsini qəbul edərsə, ölkdə vəziyyət yaxşılaşa bilər.

Livan İranın vəziyyətin sabitləşdirilməsi üzrə planının realizəsinə razılıq verərsə, sabitlik və inkişaf yoluna qədəm qoya bilər, - İranın xarici işlər naziri Mənuçehr Möttəki çərşənbə günü Tehranda mətbuat konfransında deyib.

Nazir bildirib ki, Livanda vəziyyətin yaxşılaşması ümumilikdə regionda sabitliyə müsbət təsir göstərəcək.

Son vaxtlaradək Beyrut və Tehranın münasibətləri İranın, fəaliyyəti ölkədə dəfələrlə hakimiyyət dəyişikliyinə gətirmiş Livanın "Hizbullah" partiyasını dəstəkləməsi ilə əlaqədar gərgin olub.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti