Azərbaycan, Bakı, 19 noyabr / Trend /
Azərbaycan prezidenti İlham Əliyev Diaspor üzrə
Dövlət Komitəsinin yaradılması haqqında
sərəncam imzalayıb. Sərəncama əsasən Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin
əsasında Azərbaycan Respublikasının Diaspor ilə
İş üzrə Dövlət Komitəsi yaradılıb.
Nazirlər Kabinetinə tapşırıb ki,
bir ay müddətində Diaspor ilə İş üzrə
Dövlət Komitəsinin əsasnaməsinin layihəsini,
komitənin strukturunu, xərclər smetasını və
işçilərin ümumi say tərkibi barədə
təkliflərini hazırlayıb prezidentə təqdim etsin;
qüvvədə olan normativ hüquqi aktların bu sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin;
sərəncamdan irəli gələn məsələləri həll etsin.