Azərbaycan, Bakı, 21 noyabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycan Liberal Demokrat partiyası proporsional seçki sisteminin bərpa olunması üzrə təşəbbüs qrupu yaradıb. ALDP sədri, prezidentliyə keçmiş namzəd Fuad Əliev deyib ki, bu təşəbbüs qrupunun 55 nəfər üzvü seçilib. Həmin qrup ALDP adından noyabrın 24-də Azərbaycanda fəaliyyət göstərən bütün partiyalara proporsional seçki sisteminin bərpa olunması üçün imza toplama kampaniyasına qoşulmağı təklif edəcək. Təşəbbüs qrupunun üzvü Vahid Nəzərov deyib ki, 600 minə yaxın seçici səsi toplanılıb Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq. MSK isə həmin imzaları təsdiqlədikdən sonra proporsional seçki sisteminin bərpası üçün Milli Məclisə göndərəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]