...

Azərbaycan İnvestisiya Şirkəti Qubada USAİD ilə birgə konfrans keçirəcək

Siyasət Materials 21 Noyabr 2008 20:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr/ Trend , müxbir N.İsmayılova/ Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) Qubada ABŞ - ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə birgə investisiya konfransı keçirəcək, - şirkətin məlumatında bildirilir.

AİŞ və USAİD - in, Chemonics İnternational şirkətinin nümayəndələri konfransda AİŞ - in fəaliyyəti və layihələri, birgə imkanlar və USAİD-in bir müddət əvvəl başladığı özəl sektorun rəqabəqabiliyyətliliyinin artırılması (PSCEP) proqramı barədə məlumat verəcəklər.

AİŞ Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 90 mln. manat ilkin kapitalla 2006 - cı ilin martında yaradılıb. AİŞ - in başlıca məqsədi Azərbaycan iqtisadiyyatının qeyri - neft sektoruna yerli və birbaşa xarici sərmayələrin cəlb edilməsidir.

PSCEP - USAİD-in Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçirdiyi Proqramdır. Proqram iqtisadiyyatın altı əsas və səkkiz alt sektorunda özəl sektorun rəqabətqabiliyyətliliyinin yaxşılaşdırılmasına yönəlib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti