...

GUAM-ın Kiyev iclasının gündəliyində duran əsas məsələ xarici işlər nazirlərinin görüşünün təşkili olub - GUAM-ın baş katibi

Siyasət Materials 22 Noyabr 2008 04:42 (UTC +04:00)
GUAM-ın Kiyev iclasının gündəliyində duran əsas məsələ xarici işlər nazirlərinin görüşünün təşkili olub - GUAM-ın baş katibi

Ukrayna, Kiyev, 22 noyabr / Trend müxbir Z.Novsvitskiy/ GUAM-a üzv dövlətlərin milli əlaqələndiricilərin noyabrın 20-21-də Kiyevdə keçirilən iclasının gündəliyində duran əsas məsələ xarici işlər nazirlərinin görüşünün təşkili idi. Bunu Trend -a cümə günü GUAM-ın baş katibi Valeri Çeçelaşvili bildirib.

Çeçelaşvilinin sözlərinə görə, dekabrın 4-də Helsinkidə ATƏT nazirlərinin görüşü çərçivəsində keçiriləcək GUAM-ın xarici işlər nazirlərinin görüşündə üç qrup məsələlərə baxılacaq: təşkilatda siyasi münasibət, müəyyən sahələr üzrə münasibətlər və GUAM-ın fəaliyyətinin təşkil olunması məsələləri.

Çeçelaşvili bildirdi ki, təşkilatda siyasi münasibətlər "GUAM +" formatında və beynəlxalq təşkilatlarla münasibət deməkdir. Sahələr üzrə münasibət dedikdə isə Bakı sammitinin qərarlarına əsasən təşkilatın işçi qruplarının təkmilləşdirilməsini nəzərdə tutur. 

Təşkilati işlərlə əlaqədar olaraq GUAM katibliyinin texniki və texnoloji yenilikləri nəzərdən keçiriləcək. Bu, qurumun Kiyevdə Sofiyevskiy, 2a (Maydan Nezalejnosti) ünvanında yerləşən daimi igamətgahına köçməsi ilə əlaqədardır.

GUAM-ın formatı 1997- ci ildə Strasburqda Avropa İttifaqının dövlət başçılarının Sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. 1999 - cu ildə Özbəkistan bu formata daxil olsa da, dörd il sonra onu tərk edib. 2006 - cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat -- GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected] 

Xəbər lenti

Xəbər lenti