Gürcüstan, Tbilisi, 24 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanda vətəndaşlıq almaq prosedurunun asanlaşdırılması ilə bağlı ideya hökumətə məxsusdur. Bu qanunverici dəyişiklik təşəbbüsü parlamentin bazar ertəsi keçirilən iclasında irəli sürülüb.
Qanun layihəsinə əsasən, gürcü vətəndaşlığını almaq üçün ölkə ərazisində yaşayız senzi 10 ildən 5 ilədək azaldılacaq.
Bundan əlavə, Gürcüstan vətəndaşı ilə nikahda olan şəxsdər üçün vətəndlaşlığın verilməsi şərtləri də yüngülləşdiriləcək.
Yaxın günlərdə parlamentdə qanun layihəsinə baxış keçiriləcək.
Müəlliflə əlaqə ünvanı: [email protected]