İsrail, Q ü ds, 25 noyabr/ Trend , müxbir A.Qut/ İsrail prezidenti Şimon Peresin etdiyi bəyanata əsasən Avropa başa düşməlidir ki, İran İsrailin və Yaxın Şərq dövlətlərinin mövcüd olması üçün əsl təhlükədir. Bu barədə İsrail dövlətinin başçısı italiyalı həmkarı Djordjio Napolitano ilə Qüdsdə görüşü zmanı bildirib, İsrail prezidentinin mətbuat xidmətindən Trend a bildiriblər.
"Avropa dövlətləri İrana qarşı hiss olunan iqtisadi addımlar atmalıdırlar və iki tərəfli siyasəti qurtarmalıdırlar: bir tərəfdən İranla iqtisadi əlaqələri saxlamaq, digər tərfdən isə İran nüvə silahının inkişafına məne olmaq", Peres bildirib.
Tərəflər bir sıra problemləri, o cümlədən iqtisadi, mədəni və elm sahəsində əməkdaşlığı müzakirə ediblər, həmçinin nüvə problemini və dünya birliyinin İsrail və onun qonşuları arasında sülh prosesinə də toxunublar.
İran mövzusuna toxunan İtaliyanın prezidenti Napolitano dedi ki, İranın prezidenti Mahmud Əhmədinicatda "Holokostu inkar edən lider görür". Napolitanonun fikirincə, İtaliya İran təhlükəsini yaxşı dərk edir və İsraili dəstəkləyir. Həmçinin prezident qeyd edib ki, İtaliya İsrailin mövcud olması hüququnu tanıyır və İran, "Hezbolla" və HƏMAS əməkdaşlığı - pislik oxu kimi dərk edir, hansı ki, Yaxın Şərqdə sülhün bərqərar olmasına mane olur. İtaliyanın başçısı Qəzza zolağında humanitar böhrandan narahat olduğunu bildirib. Cavab olaraq Peres bildirib ki, İsrail fələstinlilərin əziyyət çəkməsini görmək istəmir, lakin bu vəziyyətə cavabdeh olan yalnız bir tərəf var oda HƏMAS-dır. "İsrail öz vətəndaşlarını təhlükəyə atmayacaq və HƏMAS-ın bütün hərəkətləri Fələstin Müxtariyyatına ziyan vermiş olacaq", - Peres qeyd edib.