Azərbaycan, Bakı, 26 noyabr/ Trend , müxbir N.Abdullayeva/ Azərbaycanın Xarci İşlər Nazirliyi hesab edir ki, Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiya məsələsi həll olunmaqdan hələ çox uzaqdır.
"Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiya məsələsi həll olunmaqdan hələ çox uzaqdır və iki ölkə ekspertləri yekun qərarlar üzərində işləməlidirlər", - deyə çərşənbə günü jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
Xələfovun sözlərinə görə, Gürcüstan ilə sərhədlərin delimitasiya məsələsi Azərbaycan üçün mühümdür. "Bu məsələ hər iki ölkə üçün olduqca vacibdir", - deyə o bildirib. 2009-cu ilin birinci rübündə komissiyanın birgə iclasının keçirilməsi planlaşdırılır.
İclas çərçivəsində 480 km uzunluğunda olan dövlət sərhədlərinin indiyədək 65 faizi razılaşdırılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]