...

İranda insaq haqları müdafiəçisi işgəncədən infakt keçirib

Siyasət Materials 27 Noyabr 2008 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr/ Trend , müxbir D.Xatınoğlu/ İran Azərbaycanının insan haqları müdafiəçisi Əmir Hüseyn Müvəhhidi həbsxanada infakt keçirib. 

Əmir Hüseynin qardaşı Əmin Müvəhhdidi Trend -a bildirib ki, Azərbaycanın Mişkinşəhər şəhərinin həbsxanasında işgəncəyə məruz qalan Əmir Müvəhhidi infakt keçirərək, şəhər xəstəxanasının reanimasiya bölməsinə aparılıb.

Onun sözlərinə görə, Əmir Hüseyn 4 il əvvəl də həbsxanada olduğu zaman işgəncə nəticəsində infakt keçirmişdi. Əmin çərşənbə günü Türkiyədən telefonla bildirib ki, Əmir Hüseyn şəkər xəstəliyindən əziyyət çəkir və vəziyyəti çox ağırdır.

Əmir Hüseyn şənbə günü Mişkinşəhərin prokrorluğuna çağırılaraq, həbs olunub. Əmin Müvəhhidinin sözlərinə görə, onun qardaşı "ağır durumuna baxmayaraq" hazırda həbsxanadan təcridxanaya aparılıb.

Əmir Müvəhhidi "milli təhlükəsizliyi pozmaq" da ittiham olunur.

Xəbər lenti

Xəbər lenti