Azərbaycanın Seçki Məcəlləsinin yenidən təkmilləşdirilməsində maraqlıyıq - Venesiya Komissiyasının katibi ilə müsahibə

Fransa, Strasburq, 01 dekabr / Trend , müxbir A.Məhərrəmli/ Avropa Şurasının Venesiya Komissiyasının (VK) katibi Cianni Bukikionun bazar ertəsi Trend -a eksklüziv müsahibəsi

- Seçki Məcəlləsi və"Sərbəst toplaşmaq azadlığı" haqqında qanuna edilən dəyişiklik və əlavələr Azərbaycanda oktyabrda keçirilən prezident seçkisi ərəfəsində həyata keçirildi. Hər iki qanunun seçkidə tətbiqini necə qiymətləndirirsiniz?

- Seçkilərin keçirilməsinin sırf texniki tərəflərinə gəldikdə, razı qaldığımızı deyə bilərik. Azərbaycan hakimiyyət orqanları ilə birgə apardığımız işlər öz bəhrəsini verdi. Mərkəzi Seçki Komissiyası (MSK) və seçki prosesində iştirak edən əməkdaşları öz işlərini yerinə yetirdilər. Seçki hüququ uzrə ixtisaslaşmış ekspert vasitəsilə spesifik yardım göstərdik. Ekspert MSK yanında da bir ay ərzində fəaliyyət göstərdi və düşünürəm ki, bu, faydalı oldu. Bildiyiniz kimi, seçki kampaniyasında bəzi tənqidlər oldu. Həqiqətən, iyun ayında Seçki Məcəlləsinə seçki kampaniyasının müddətinin azaldılmasını təsbit edən dəyişiklərdən razı deyildik. Bu isə müxalifətdə təmsil olunan  bəzi liderləri seçkidə iştirak etməkdə ruhdan saldı. Müxalifət bu seçkilərdə reallıqda tam təmsil olunmadı. Bu, bir problemdir. Lakin, təəssüf edirəm ki, müxalifət seçkilərdə iştirak etmədi. Bu isə məsulyyətli yanaşma deyil. Seçki qanunvericiliyi kifayət qədər yaxşıdır. Onu daha da yaxşılaşdırmaq olar. Əgər Azərbaycan hakimiyyəti istərsə, Venesiya Komissiyası gələcəkdə Seşki Məcəlləsi üzərində yenidən işləməyə davam edə bilər. Qanunvericilik mətni kimi Məcəllə demokratik və ədalətli seçkilərin keçirilməsinə imkan verə bilərdi. Fikrimcə, müxalifət seçkidə iştirak etmək üçün cəhd etməli idi. Həm iqtidar, həm də müxalifər öz üzərlərinə düşən rolu oynamalıdır. Seçkidə iştirak edərək seçicilərin konsensusunu qazanmalı idi. Bu, seçkidən sonrakı vəziyyətə dair dəyərləndirməmdir. Venesiya Komissiyası Azərbaycan tərəfi ilə qanunvericilik bazasınıy yaxşılaşdırılması istiqamətində əməkdaşlıq etməyə hazırıdır. Azərbaycanda qanunvericilik əhəmiyyətli dərəcədə yaxşılaşmağa doğru gedir. Bu sahədə çoxlu irəliləyişlər var, lakin hələ də çatışmayan yeni qanunvericiliyin düzgün tətbiq edilməsinə dair mentalitetdir.

"Sərbəst toplaşmaq azadlığı" haqqında qanun yaxşı qanundur, amma düzgün tətbiq edilmədi. Çünki şəhərin mərkəzindən uzaq və ya gediləsi çətin olan yerlərdə mitinqlərin keçirilməsini nəzərdə tutan siyahının hazırlanmasının mənası yoxdur. Bu yaxşı qanunun uyğun şəkildə tətbiq edilməsi lazımdır. Bu, atılması lazım olan əlavə addımdır. Ümumilikdə, qanunvericilik yaxşılaşır, indi isə onun düzgün tətbiqi üzərində işləmək lazımdır. Qanunların tətbiqini yaxşılaşdırmağa dair ikinci mərhələni gələn ildən etibarən başlaya bilərik.

- Bununla bağlı komissiyanın planı varmı?

-Bununla bağlı heç bir planımız yoxdur. Yaxşı bilirsiniz ki, VK heç bir şeyi zorla qəbul etdirmir. Biz yanğınsöndürən rolunu oynayırıq. Biz kritik məqamlarda deyil, sakit tərzdə və vaxtında işlərimizi görmək istərdik. Biz bütün üzv dövlətlərlə əməkdaşlıq etməyə hazırıq.

- Azərbaycan Parlamenti siyasi partiyalarla bağlı qanun layihəsinin hazırlanmasında VK ilə əməkdaşlıq etməyə hazır oluğunu bildirib. Bununla bağlı sizə müraciət daxil olub?

- Siyasi partiyalarla bağlı qanun layihəsinə dair müraciətin olmamasına təəssüflənirəm. Siyasi partiyalarla, eləcə də onların maliyyələşdirilməsi məsələləri ilə bağlı yeni qanun layihəsinin olduğunu bilirəm. Biz bu qanun üzərində işləyə bilməkdən çox məmnun olardıq, o şərtlə ki, Azərbayan hakimiyyəti VK-ya müraciət etsin. Azərbaycan hakimiyyətini bu qanunun beynəlxalq standartlara uyğun olması üçün onun üzərində birgə işləməyə dəvət edirəm.

- Sizcə, bütün siyasi partiyalar budcədən maliyyələşdirilməlidir? Bu yöndə hansı meyarları üstün götürmək lazımdır? VK-nın bununla bağlı hər hansı tövsiyəsi varmı?

-Bundan danışmaq hələ tezdir. İlk öncə parlamentin hansı istiqamətdə getmək istədiyinə diqqət etmək lazımdır. Birlikdə daha yaxşı həll variantını tapa bilərik. Hər yerdə tətbiq edilə bilən qanun modeli hazırlamaq mümkün deyil. Mentalitet, ənənələr və qanunun qalan hissəsini nəzərə alaraq hər bir ölkəyə dair ölçü üzrə hüquqi yardım göstərmək lazımdır. Ümid edirəm ki, İlham Əliyev ikinci prezident dövründə qanunvericilik və Konstitusiya sahəsində lazımi və Avropa standartlarına uyğun islahatlar aparmaqla Azərbaycanda demokratiyanı daha da möhkəmləndirmək istiqamətində çalışacaq. Çox ümid edirəm ki, prezident Əliyev yeni seçilmiş Ermənistan prezidenti Sarkisyanla birlikdə Dağlıq Qarabağ münaqişəsinin həllinə də nail olsun. Bu, bütün Cənubi Qafqazın inkişafını əngəlləyən əsas problemdir. Əgər  hər iki tərəfin maraqları çərçivəsində bu münaqişə mümkün dərəcədə daha yaxşı formada həllini taparsa, bu, Azərbayan və digər aiddiyatı olan ölkələrin sosial, iqtisadi, hüquqi inkişafına təkan verərdi.

- VK-nın dekabr ayında keçirilən plenar sessiyasında Azərbaycanla bağlı məsələnin müzakirəsi gözlənilirmi?

-VK-nın 12-13 dekabr 2008-ci il tarixlərində Venesiyada keçiriləcək 77-ci plenar iclasında Azərbaycanla bağlı spesifik məsələ müzakirə edilməyəcək. Hazırda, Azərbaycanla bağlı qanun layihələri üzərində işləmirik. Buna görə VK-nın üzvü Lətif Hüseynovdan başqa, rəsmi şəxslərin sözügedən sessiyada iştirakı nəzərdə tutulmur. Habelə ümid edirik ki, siyasi partiyalara dair qanun üzərində işləməyi xahiş etsələr, biz bunu VK-nın mart ayında keçiriləcək plenar sessiyasında nəzərdən keçirə bilərik.

- Avropada seçki sistemlərinin uyğunlaşdırılmasından (harmonizasiyasından) danışmaq olarmı?

-Bu, seçki sistemi dedikdə, nəyin nəzərdə tutulmasından asılıdır. Əgər seçki sistemi majoritar və ya proporsional sistem anlamına gələrsə, xeyr. Bu, siyasi bir məsələdir. Hər bir ölkə onu daha yaxşı qane edən sistemi seçməkdə suverendir. Bununla bağlı, VK heç vaxt müdaxilə etmir. Biz Azərbaycan tərəfi ilə çoxdan işləyirik və heç vaxt majoritar və ya proporsional seçki sisteminin qəbul edilməsini deməmişik. Bu ölkənin suveren seçimidir, lakin biz deyə bilərik ki, seçdiyiniz bu sistem mövcud şəraitə uyğun olmaya bilər. Bir seçki sistemini digərindən üstün tuta bilmərik. Əsas olanı seçki sisteminin işləməsi, imkan dairəsində bütün siyasi qüvvələri əhatə etməsi və düzgün nəticələr əldə etməyə imkan verməsidir. Biz seçki sistemlərinin uyğunlaşdırılmasına doğru deyil, seçkilərin təşkili prosesinin uyğunlaşdırılmasına doğru gedirik. Buna bir gün nail olacağımıza ümid edirik.

- AŞ Ermənistanın Baş Prokurorluğu ilə bir sıra sahələrdə fəaliyyətini davam etdirəcək. VK ilə hansı əməkdaşlıq planları nəzərdə tutulur?

- Ermənistanla da seçki sahəsində əməkdaşlıq etdik. Seçki Məcəlləsi kifayət qədər qənaətbəxşdir. Biz habelə "Sərbəst toplaşmaq" qanunu üzərində işlədik. Bunun da yaxşı qanun olmasına baxmayaraq, təəssüf ki, mart hadisələri baş verdi. Bu qanun da düzgün tətbiq edilmədi. Bununla əlaqədar olaraq, inzibati orqanlar və hakimlər üçün təlimlərin keçirlməsinə dair əməkdaşlıq etməyə hazır olduğumuzu bildirmişik. Hazırda Ermənistanda prezident seçkiləri ərəfəsində və ondan sonrakı müddətdə mitinqlərin keçirilməsinə icazənin verilməməsinə dair vacib qərarları təhlil etmək və nəyin düzgün olmadığını aydınlaşdırmaq məqsədilə toplayırıq. Qanunun düzgün tətbiqinə dair araşdırmanı başa çatdırdıqdan sonra spesifik təlimlərin keçirilməsini müəyyənləşdirəcək və buna məsul olan orqanlara necə davranmaq və qanunu tətbiq etməyi izah edəcəyik.

- Gələn il AŞ-nin yaranmasının 60 illik yubileyidir. Təşkilatın mövcud olduğu 60 il ərzində gördüyü işlər haqqında  hansı nəticəyə gəlirsiniz?

-Təxminən 40 ildir ki, AŞ-da işləyirəm. AŞ bu illər ərzində çox inkişaf edib. Berlin divarının yıxılması ilə təşkilatin fəaliyyətində bir dönüş yarandı. Ola bilsin, 60 illik mövcudluğundan sonra AŞ üçün yeni rollar, vəzifələr nəzərdən keçirmək lazımdır. Mən AŞ ilə Aİ arasında, habelə institusional sahədə önəmli işbirliyini düşünürəm. Bundan başqa, AŞ təkcə quruma üzv olan bütün dövlətlərin panavropa evi rolunu oynamaq yox, eləcə də Aİ-nın Qonşuluq siyasəti çərçivəsində Avropanın qonşuluğunda yerləşən ölkələrə yardım etmək missiyasında faydalı ola bilər və insan haqları, hüquqi dövlət, demokratiya sahəsində öz bacarığını göstərə bilər.

Məqalə müəllifi ilə əlaqə:[email protected]

Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azalıb
Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azalıb
Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək
Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək
Rusiya Azərbaycana 270 milyon dollarlıq kimyəvi məhsul ixrac edib
Rusiya Azərbaycana 270 milyon dollarlıq kimyəvi məhsul ixrac edib
Loading Bars
Xəbər lenti
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 163 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib
KOBİA leqal sahibkarlığı və rəsmi məşğulluğu təşviq edən yeni biznes təşəbbüslərini dəstəkləyir
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb
MDU və Kiyev Milli İqtisadiyyat Universiteti arasında əməkdaşlıq çərçivəsində növbəti mühazirə keçirilib (FOTO)
Ermənistanda siyasi qüvvələr Qarabağla bağlı sərsəm bəyanat səsləndirməklə xal qazanmaq istəyirlər - Politoloq
SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 19 apreldə köçürüləcək
Media nümayəndələri reabilitasiya müəssisəsində qazilərimizə göstərilən xidmətlərlə tanış edilib (FOTO)
Ermənistan Azərbaycanla münasibətlərin inkişafına ehtiyac duyur - Armen Sarkisyan
Sahibə Qafarova rusiyalı həmkarı ilə ikitərəfli əlaqələri müzakirə edib (FOTO)
Merkel "AstraZeneca" vaksini ilə peyvənd olunub
48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb olunduğu aşkar edilib
TV tarixində ilk: Xudafərinin yanından veriliş yayımlanıb (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıblar
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib (FOTO)
Fermerlərin 92,06 faizinə subsidiya ödənilib
Azərbaycanla Moldova arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub (FOTO)
Prezident İlham Əliyev: Pirşağıda həmişə yaxşı şanı üzümü var idi – ağ şanı, qara şanı
Tərtər Regional qaz istismarı İdarəsinə yeni rəis təyin olundu
Aİ-nin xüsusi nümayəndəsinin David Babayanla görüşü separatizmin stimullaşdırılmasına xidmət edir
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub (FOTO)
Belarus hər zaman Azərbaycana dost ölkə olub - Deputat
Azərbaycan Beynəlxalq Bankından süni intellekt sahəsində beynəlxalq konfransa dəstək
Aİ ötən il inkişaf məqsədilə ayırdığı rəsmi maliyyə yardımının həcmini 66,8 milyard avroya çatdırıb
Bağçalarda 2 milyonluq yeyinti iddiası barədə AÇIQLAMA
Mərdəkan, Buzovna və Maştağa qəsəbələri də Balaxanı kimi abadlaşacaq
Azərbaycanda 120 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb
Qarabağ separatçılarının "lideri" ifadəyə çağırıldı
Azərbaycanda məcburi əmək halları xeyli azalıb - Hesabat
Ötən il Azərbaycanda 94 nəfər insan alveri qurbanına çevrilib
Qubadlı rayonunun Məmər kəndi (FOTO/VİDEO)
5 kiloqrama yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb (FOTO)
654 nəfər Azərbaycandan deportasiya olunub
Abonentlərin elektrik təchizatına qoşulma prosesi süni intellektlə tənzimlənir - "Azərişıq"
Tərtərdə sıradan çıxmış yanğın su hovuzları bərpa edilir (FOTO)
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq laboratoriyalararası səriştəlilik sınağında yüksək nəticə əldə edib
DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib
“Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında (FOTO)
Bakıda 17 evdən oğurluq edən dəstə üzvləri saxlanılıb (FOTO/VİDEO)
Azercell Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq (FOTO)
Bakı Dialoqları Jurnalının növbəti sayı nəşr edilib
“Yaşıl Marafon” layihəsi üzrə ağacəkmə aksiyaları uğurla davam edir (FOTO)
Azərbaycanda tam orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirilib
"Azərişıq" əhaliyə göstərdiyi 19 xidməti elektronlaşdırıb
"Azərişıq" yeni elektron xidmət istifadəyə verib
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi sələfinin səhvlərindən dərs çıxarmır - Separatizm və terror alovlandırılır
Baş Prokurorluq KİV-də yayılan məlumatla bağlı təkzib verdi
1540-dan çox şəxsə ikinci doza vaksin vurulub - Poliklinika
Putinlə Lukaşenko Moskvada görüşəcək
İƏT-lə statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib
“Azərtütün Aqrar Sənaye Kompleksi” özəlləşdirilir - Sərəncam
Azərbaycanda koronavirusa qarşı peyvənd istehsalı nəzərdən keçirilir
Ermənistanın Gəncəyə raket atəşi zamanı çəkilən foto Türkiyədə ilin media fotosu seçildi (VİDEO)
Tərtərdə Ermənistanın raket və artileriya atəşi nəticəsində dağılmış yollar bərpa olunur (FOTO)
Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılmasına başlanır (FOTO)
Tarix Muzeyinə baş direktor seçilib
Ortaq Media Platforması milli maraqlarımızın qlobal media müstəvisində qorunmasına xidmət edəcək - Deputat
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir (FOTO/VİDEO)
İranda ötən gün koronavirusdan 328 nəfər ölüb
Bakıda qatar vuran oğlanla bağlı araşdırma başlandı
Boru kəmərləri ilə Azərbaycan qazının tədarükü 15 faizdən çox artacaq
“PAŞA Bank”ın baş sponsorluğu ilə “Virtual karyera sərgisi” keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirşağıda yenidənqurma və təmir-bərpa işlərinin təməlqoyma tədbirində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB-2)
230 tender və 1061 kotirovka sorğusunun nəticələri ləğv edilib (FOTO)
Sabah 28 dərəcəyədək isti olacaq
SOCAR bu ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
Kapital Bank 2021-ci ilin I rübünün nəticələrini elan edib
Xroniki xəstəliyi olan insanlar oruc tutarkən ehtiyatlı olmalıdır - Nazirlik
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Koronavirusdan qorunmaq üçün xüsusi qida var? - Səhiyyə Nazirliyindən açıqlama
Yaxın vaxtlarda şəhid ailələri və qazilər üçün növbəti yaşayış kompleksinin açılışı olacaq
DİN dövriyyədən 68 kiloqram narkotik vasitə çıxarıb (FOTO/VİDEO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bir neçə ölkədən quş əti idxalı dayandırılıb
Hindistanda koronavirusa yoluxma və ölüm hallarında ən yüksək göstərici qeydə alınıb
Minaya düşən hərbi qulluqçumuz şəhid olub
Eldar Quliyev həyat yoldaşının yanında dəfn olunacaq - Nazirlik
Balakəndə koronavirus xəstəsinə cinayət işi açılıb
Ötən gün borca görə 18 nəfər saxlanılıb
İmişlidə müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb
2342 şəhid ailəsinə vəsiqə verilib
Türkiyədə kriptovalyutanın istifadəsi qadağan olundu
Yaxın günlərdə müharibə əlillərinə avtomobillərin verilməsinə başlanılacaq
Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunur
Yunanıstanın qaz idxalında Azərbaycanın payı açıqlanıb
"8 Noyabr" prospektində yenidənqurma işləri aparılır (VİDEO)
AZAL-ın Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
ABŞ-da atışma - Ona yaxın ölü, çoxlu yaralı var
Vergi Xidməti kartlardan böyük məbləğdə vəsaitin tutulmasına aydınlıq gətirib
Azərbaycanda süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək
Saatlıda gecə saatlarında işləyən çayxana aşkarlanıb
Dünyada koronavirusdan ölənlərin sayı 3 milyonu ötdü
Yasamalda ağaclar düzgün budanmayıb - ETSN (FOTO)
Lənkəranda qaçırılan avtomobil Masallıda tapıldı (FOTO)
Xalq artisti Eldar Quliyev vəfat edib
SOCAR qaz anbarlarının doldurulmasının başlayacağı vaxtı açıqlayıb
BDYPİ Rusiyaya gedən yük maşınlarına xəbərdarlıq etdi - Cəriməsi olanlar buraxılmaycaq
2021-ci il İslam Həmrəylik Oyunları təxirə salına bilər
Bütün xəbərlər