...

Qəzzaya yardım yalnız sərhədlər açıldıqdan sonra mümkündür - BMT proqramının direktoru

Siyasət Materials 2 Dekabr 2008 10:51 (UTC +04:00)
Qəzzaya yardım yalnız sərhədlər açıldıqdan sonra mümkündür - BMT proqramının direktoru

Azərbaycan, Bakı, 01 dekabr / Trend müxbir Ü.Sadıxova/ BMT Qəzza bölgəsinin əhalisinə tam əhatəli humanitar yardımı yalnız sərhədlərin İsrail tərəfindən açılmasından sonra göstərə bilər.

"BMT-nin baş katibinin Qəzzanın blokadasına son qoyulması haqqında tələblərinə rəğmən, İsrail hələ də sərhədləri bağlı saxlayır, və bu, fələstinlilərə tam əhatəli humanitar yardımın göstərilməsinə mane olur", bu barədə Trend -a Qəzza zolağından telefonla BMT-nin fələstinli qaçqınlara yardım və Yaxın Şərq üzrə proqramının direktoru Con Qinq bildirib.

Humanitar fəlakətə səbəb olan Qəzza zolağının blokadası noyabrın əvvəllərindən başlayıb. Buna səbəb isə HƏMAS üzvləri ilə israilli hərbçilər arasında qarşıdurmanın bərpa edilməsi oldu. Qinq deyib ki, blokadanın ilk günlərndən BMT Qəzza əhalisinə yardım göstərir, amma humanitar yardımla dolu avtomobillər İsraillə Qəzzanın sərhəddini keçə bilmirlər. Qinqin sözlərinə görə, "Qəzzada nə su, nə də qida yoxdur, əhalinin 70 faizi elektrik enerjisindən məhrumdur, lakin BMT bu problemləri həll etməkdə acizdir. Bunun üçün biz İsrail hökuməti ilə danışıqlar aparırıq, ancaq hələlik heç bir nəticə əldə olunmayıb".

İsrail tərəfi bu gün də blokadanın dayandırmaqdan imtina edib.

Xəbər lenti

Xəbər lenti