...

Avropa Şurası Bakı şəhərinin merinin seçki yolu ilə müəyyənləşdirilməsini istəyir

Siyasət Materials 2 Dekabr 2008 18:56 (UTC +04:00)
Avropa Şurası Bakı şəhərinin merinin seçki yolu ilə müəyyənləşdirilməsini istəyir

Fransa, Strasburq, 02 dekabr / Trend , müxbir A.Məhərrrəmli/ Avropa Surası Yerli ve Regional Hakimiyyətlər Konqresinin rəhbərliyi Azərbaycanın paytaxtı Bakı şəhərinin merinin seçki yolu ilə müəyyənləşdirilməsini istəyir.

"Bakının statusu ilə bağlı məsələdə bir az məyusuq. Biz arzu edərdik, paytaxt şəhərlərinin meri secki yolu ilə təyin edilsin. Bu sahədə önəmli addım keçən il Gürcüstanda Tbilisi şəhər merinin seçilməsi oldu", - çərşənbə axşamı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Katibliyinin rəhbəri Ulriş Bohner jurnalistlərə müsabihəsində deyib.

Trend - un arayışı: Azərbaycanda 2757 bələdiyyə fəaliyyət göstərir. Onlardan 2400 - ü kənd bələdiyyəsidir. Paytaxt Bakı və ikinci böyük şəhər olan Gəncənin şəhər bələdiyyələri formalaşdırılmayıb.

Paytaxt Bakı şəhərinin statusu müəyyənləşdirilməyib. Bakını şəhər icra hakimiyyəti idarə edir. İcra hakimiyyətinin başçısını prezident təyin edir.

Azərbaycan Avropa Şurasının Yerli Regional Hakimiyyətlər Konqresinin paytaxtın statusunun müəyyənləşdirilməsi, Bakı bələdiyyəsinin yaradılması və mer seçkisinin keçirilməsi ilə bağlı tövsiyələrini qəbul edib. Tövsiyələrin həyata keçirilməsi öhdəlik deyil və məcburi xarakter daşımır.

Bohner bildirib ki, Azərbaycanda Bakının statusu məsələsində tərəddüdlər var.

"Son illər bələdiyyələrin inkişafı ilə bağlı Azərbaycanla cox yaxsı əməkdaşlıq etmisik. Yerli idarəetmə assosiasiyalarının inkişafını nəzərdə tutan proqram çərçivəsində əməkdaşlıq etdik. Bunun səmərəsi olaraq, üç assosiasiya yaradıldı", - Konqres katibliyinin rəhbəri əlavə edib.

Onun sözlərinə görə, Konqres hazırda Azərbaycanla bağlı hər hansı hesabat və ya sənəd hazırlamır. Konqresin prezidenti yaxın gələcəkdə Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana səfər etməyi planlasdırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti