...

İran noyabrda 30000 qaçqını deportasiya edib

Siyasət Materials 2 Dekabr 2008 19:32 (UTC +04:00)

Əfqanıstan, Kabil, 02 dekabr/ Trend , müxbir A.Hakimi/ Əfqanıstan hökuməti İran hökumətindən qaçqınları İİR ərazisindən köçürməməyi xahiş edib.

Qaçqınların İşi üzrə Nazirliyin nümayəndəsi bildirib ki, ötən ay İran 30000 əfqanı deportasiya edib.

Deportasiya davam edərsə, geri qayıdan əfqanlar ciddi problemlərlə qarşılaşacaqlar. Əfqanıstan hökuməti deportasiyanı dayandırmaq xahişi ilə İran hökumətinə müraciət edib. 

BMT- nin Qaçqınların İşi üzrə Ali Komissarlığının məruzəsinə əsasən, İranda 2 milyon əfqan qaçqın yaşayır. Onların yarısının İranda yaşamaq hüququ var.

BMT - nin Qaçqınların İşi üzrə Ali Komissarlığından bildiriblər ki, onlar qeyri -qanuni köçkünlərə görə məsuliyyət daşımırlar. Təşkilat  İran və Əfqanıstan arasında bu məsələ ilə əlaqədar danışıqların keçirilməsinin lehinə çıxış edir.

Bu arada Əfqanıstan parlamentinin deputatı hesab edir ki, əfqan qaçqınların deportasiyası İranın Əfqanıstan hökumətinə təzyiq üsuludur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected] 

Xəbər lenti

Xəbər lenti