...

Türkiyənin Qars şəhərində Azərbaycan Baş Konsulluğunun yeni binası açılıb

Siyasət Materials 3 Dekabr 2008 16:26 (UTC +04:00)

Türkiyə, Qars, 03 dekabr/ Trend , müxbir İ.Qasımlı/ Çərşənbə günü Türkiyənin Qars şəhərində Azərbaycan Baş Konsulluğunun bərpa olunmuş binasının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıxov, Qars vilayətinin rəhbəri Mehmet Üfüq Erden, Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran və digər rəsmi şəxslər iştirak ediblər.

Qarsın mərkəzində yeni geniş ofisin istismara verilməsi Azərbaycan -Türkiyə qarşılıqlı əlaqələrinin yüksək səviyyəsindən və bu bölgənin Azərbaycan üçün əhəmiyyətindən xəbər verir, - Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov açılış mərasimində deyib. Çıxış edənlər Azərbaycan konsulluğunun fəaliyyətinin daha səmərəli olacağına əminliklərini bildiriblər.

Azərbaycanın Qarsdakı Baş Konsulluğu 2004 - cü ilin aprelində açılıb və onun işi Türkiyənin 17 şərq əyalətini, o cümlədən Ərdəhan, Ağrı, Artvin, Batman, Bingöl, Bitlis, Diyarbəkir, Ərzurum, Hakkari, İqdır, Mardin, Muş, Şirnak, Şanlı Urfa və Vanı əhatə edir.

Əvvəl konsulluq başqa binanı icarəyə götürüb, sonra yeni geniş ofisə köçmək qərara alınıb.

2007- ci ilin oktyabrından köhnə binanın 1,252 mln. dollara başa gələn bərpa işlərini "Aztəmirqeotex" MMC həyata keçirib.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti