...

Ukrayna hökuməti 2009 - cu ildə Ukrayna və Azərbaycan arasında Hərbi - Texniki Əməkdaşlıq Protokolu layihəsini təsdiq edib

Siyasət Materials 3 Dekabr 2008 20:01 (UTC +04:00)
Ukrayna hökuməti 2009 - cu ildə Ukrayna və Azərbaycan arasında Hərbi - Texniki Əməkdaşlıq Protokolu layihəsini təsdiq edib

Ukrayna, Kiyev, 03 dekabr/ Trend , müxbir Z.Novosvitski/ Ukraynanın Nazirlər Kabineti (UNK) Azərbaycan Respublikası hökuməti və UNK arasında Ukrayna hökuməti və Azərbaycan Respublikası hökuməti arasında 1997 - ci il martın 24 - də Kiyevdə imzalanmış Hərbi -Texniki Əməkdaşlıq Haqqında Sazişə düzəlişlərin edilməsi Protokolu layihəsini təqdir edib. Bu, Ukrayna Nazirlər Kabinetinin  2008 - ci il 26 noyabr tarixli 1478 saylı sərəncamında nəzərdə tutulub. Sərəncam hökumətin saytında dərc olunub.

  Adı çəkilən hökumətlərarası sazişdə nəzərdə tutulub ki, qarşılıqlı silah, hərbi texnika, hərbi əmlak, tamamlayıcı məmulatlar və ehtiyat hissələri tədarükü, təmirin təşkili və hərbi təyinatlı xidmətlərin göstərilməsi hər il bağlanılan hökumətlərarası protokollar və müqavilələr  əsasında həyata keçirilir. Tərəflər, qarşılıqlı tədarüklərin nomenklaturası və həcmini müəyyən edən illik hökumətlərarası protokolları hər il əvvəlki ilin dördüncü rübündə razılaşdırır və imzalayırlar.

 "Belə protokollar açıqlanmır və məxfidir. Ukrayna tərəfindən adı çəkilən protokolun realizəsi ilə "Ukrspetseksport" məşğul olur", - Ukrayna Müdafiə Nazirliyindən Trend -a izah ediblər.

 "Ukrspetseksport" dövlət şirkəti hərbi və xüsusi təyinatlı məhsul və xidmətlərin,  mahiyyətində dövlət sirri olan malların ixracı və idxalı sahəsində xarici iqtisadi fəaliyyətin həyata keçirilməsində səlahiyyətli dövlət vasitəçisidir.

 Hökumət Ukraynanın müdafiə naziri Yuri Yexanurova göstərilmiş protokolu imzalamağı həvalə edib.

Xəbər lenti

Xəbər lenti