...

Daşkənddə narkomaniyanın profilaktikası problemləri müzaikrə olunur

Siyasət Materials 4 Dekabr 2008 18:16 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 04 dekabr / Trend , müxbir T.Jukov/ Daşkənddə "Narkomaniyanın profilaktikas: konsepsiyalar, strategiyalar və həll yolları" beynəlxalq konfransı işə başlayıb, - Trend - a Respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Daşkənd konfransı UNICEF-in, BMT-nin və YUNESKO nümayəndəliklərinin himayəsi ilə keçirilir. Forumda Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Özbəkistan və Tacikistanın nümayəndələri iştirak edirlər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tədbirdə Azərbaycanı Təhsil Nazirliyinin, Respublikanın Narkoloji Mərkəzinin ekspertləri, bir neçə ictimai təşkilatın və QHT rəhbərləri təmsil edirlər.

Üç günlük forumun gedişində mütəxəssislər yeniyetmələr arasında narkomaniyanın profilaktikası problemlərinin bütün spektrini müzakirə edəcəklər, - mətbuat xidmətindən deyiblər. Narkotiklərdən asılılığın alternativ profilaktikası və yüksək risk dərəcəsi altında yeniyetmələr arasında narkotiklərdən istifadənin profilaktikası məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Konfrans cümə günü yekunlaşacaq. Həmin gün narkomaniyanın profilaktikası ilə bağlı milil və regional strategiyalar müzakirəyə çıxarılacaq.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti