...

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına tətbiq edilə biləcək prinsipləri açıqlayıb

Siyasət Materials 5 Dekabr 2008 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr/ Trend , müxbir R.Novruzov/ Azərbaycan ölkənin Dağlıq Qarabağ regionu ətrafındakı münaqişənin dinc yolla nizamlanmasına tətbiq oluna biləcək prinsipləri açıqlayıb.

Azərbaycanın nümayəndə heyəti ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 4 - 5 - də Finlandiyanın paytatı Helsinkidə keçirilən iclasında "Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı münaqişənin dinc yolla nizamlanmasına tətbiq edilə bilən prinsiplər" adlı sənəd yayıb, - Azərbaycanın XİN mətbuat xidmətindən bildiriblər.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Sənəddə qeyd olunur ki, Azərbaycan münaqişənin siyasi yollarla və konstruktiv formada həllinin tərəfdarıdır: "Lakin Azərbaycan heç zaman öz ərazi bütövlüyünü güzəştə getməyəcək və erməni tərəfinin qəbul etdirməyə çalışdığı "baş vermiş fakta" əsaslanmış həlli qəbul etməyəcək. Azərbaycan hesab edir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin pozulmazlığına hörmət, Dağlıq Qarabağın,   demokratiya və tərəqqinin bəhrəsindən hərtərəfli və bərabər dərəcədə istifadə edən erməni və azərbaycanlı icmalarının Azərbaycanın tərkibində dinc birgəyaşayışı əsasında nizamlana bilər". Sənəddə qeyd olunur ki, münaqişənin nizamlanması prosesinin əsas məqsədi Azərbaycanın tərkibində Dağlıq Qarabağ regionunun statusu modelinin və hüquqi çərçivələrinin işlənilməsi və müəyyən edilməsidir:

"İstənilən statusun müəyyən edilməsi prosesi region əhalisinin - erməni və azərbaycanlı icmaların birbaşa, tam və bərabər iştirakı və onların istisna olaraq hüquqi və demokratik proses çərçivəsində Azərbaycan hökuməti ilə konstruktiv qarşılıqlı əlaqələri ilə dinc normal şəraitdə keçməlidir. Dağlıq Qarabağ və bitişik rayonların işğalı davam edən vaxtda, DQ - nin statusunun müəyyən edilməsi və Azərbaycan əhalisinin məcburi köçürülməsi sülh, demokratiya və əməkdaşlıq prinsipləri, həmçinin, ümumavropa dəyərlərinə ziddir".

Sənəddə bildirilir ki, Dağlıq Qarabağ regionunun Azərbaycanın tərkibində özünüidarəetmə statusu haqqında danışıqlar mərhələsinə keçmək üçün bəzi vacib addımlar atılmalı, yəni hərbi işğal amili münaqişənin nizamlanması kontekstindən çıxarılmalıdır. Ermənistan öz qoşunlarını Azərbaycanın bütün işğal edilmiş ərazilərindən çıxarmalıdır. Ərazilərin qaytarılmasının yubadılması onsuz da çətin olan prosesi ağırlaşdıra bilər.

Azərbaycan məcburi köçkünlərin Dağlıq Qarabağ regionunda və bitişik ərazilərdə öz əvvəlki yaşayış yerlərinə qaytarılmasının lehinə çıxış edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti