...

Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub

Siyasət Materials 12 Dekabr 2008 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir S.Kazımlı/ Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub. Tutulan şəxs dələduzluqda təqsirləndirilir. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a məlumat verilib.

İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qaradağ rayon Polis İdarəsi tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olan Vasif Süleymanov Rusiya Federasiyasının Həştərxan şəhərində cümə günü tutulub. Onun respublikamıza ekstradisiya olunması üçün tədbirlər görülür.

Məqalə müəllıfı ılə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti