...

Azərbaycan prezidenti Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşlarının təltif edilməsi ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 13 Dekabr 2008 18:58 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin yaranmasının 10 illiyi münasibətilə, mina təhlükəsi ilə mübarizə sahəsində xüsusi xidmətlərinə, vəzifə borclarını yerinə yetirərkən fərqləndiklərinə görə agentliyin əməkdaşlarının təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. Bu barədə məlumatı Azərtac yayıb.

"Vətən uğrunda" medalı ilə Namazov Seymur Rəşid oğlu (ölümündən sonra) təltif edilib.


"Tərəqqi" medalı ilə isə Balayev Namiq Nəriman oğlu, Əzizov Fazil Edil oğlu, Hacıyev Rüfət Oktay oğlu,
Hümbətov Elbrus Veysəl oğlu, Hüseynov Qılman Nidayət oğlu, İsmayılov Mehrac İsmayıl oğlu, İsmayılov, Nazim Ələkbər oğlu, Qasımov Elnur Telman oğlu və Məmmədov Mədəd Bələd oğlu təltif ediliblər.

Xəbər lenti

Xəbər lenti