...

Azərbaycanda son bir ayda müxtəlif cinayətlərdə ittiham olunaraq axtarışa verilmiş 263 nəfər saxlanılıb

Siyasət Materials 15 Dekabr 2008 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın hüquq - mühafizə orqanları tərəfindən son bir ayda müxtıəlif cinayətlərdə ittiham olunaraq axtarışa verilmiş 263 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin bazar ertəsi birgə yaydığı məlumatda bildirilir ki, saxlanılan şəxslərin 36 nəfəri ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilənlərdir.

Respublika daxili işlər orqanlarının əməkdaşları tərəfindən cari ilin noyabrın 1- dən dekabrın ötən dövrünədək olan müddətdə həyata keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində, narkotiklərlə əlaqəli 211 cinayət faktı aşkar edilib.

Qanunsuz dövriyyədən 83 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 5 kiloqramdan çox heroin, 11 kiloqrama yaxın marixuana və 67 kiloqrama qədər həşiş çıxarılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti